“Bu, ölkə başçısının qətiyyətli və prinsipial mövqeyinin nəticəsidir”

14:57 23-06-2020 | icon 342 | Siyasət
“Bu, ölkə başçısının qətiyyətli və prinsipial mövqeyinin nəticəsidir”

Könül İsmayılova: “Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə təsadüfi qərar deyildi”

 

“Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti mühüm məqamlarla yadda qaldı. Cənab Prezident İlham Əliyev növbəti dəfə yenə də diplomatik ustalıq və prinsipiallıq nümayiş etdirdi”.

 

Bunu Versus.az-a Prezident İlham Əliyevin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatındakı Sammitində etdiyi çıxışına münasibət bildirən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

 

 

Koronavirus pandemiyası dövründə Nikol Paşinyanın vətəndaşların sosial-iqtisadi problemlərini həll edə bilməməsinin ölkəsində xeyli çətinliklər yaratmasına yol açdığını vurğulayan xanım siyasətçinin fikrincə, bu və digər səbəblərdən dolayı Ermənistanın parlament müxalifəti hazırki Paşinyan kökumətinin tam tərkibdə istefaya göndərilməsini tələb edir:

“Paşinyan isə əməli və sözü üst-üstə düşməyən rəzil obrazda ortalıqda dolaşır. İstefaya çağırış tələblərinə isə soyuqqanlı reaksiya verə bilmədi və dərhal Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdırdı. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı həmişə repressiv vasitələrdən geniş şəkildə istifadə edib və onları bir-bir sıradan çıxarıb”.

 

K.İsmayılova vurğuladı ki, bütün beynəlxalq tədbirlərdə Azərbaycan prezidenti Ermənistanın işğalçılıq siyasətini dönə-dönə pisləyir:

“Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 19-da qəbul etdiyi qətnamə təsadüfi qərar deyildi. Bütün qəbul edilmiş qətnamələr ölkə başçımızın qətiyyətli və prinsipial mövqeyinin bariz nəticəsidir. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul etdiyini deyir. Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində ölkəmizin başçısı bir daha Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirib. Ermənistanın Baş naziri isə yenə də ucuz şou düzəltməklə məşğuldur. Bilir ki, ölkəsində insanların sosial-iqtisadi durumu gərgindir. Hər an baş verə biləcək partlayışı önləmək üçün müxtəlif yollara əl atır. Bir sözlə, ölkəsini idarə etməkdən daha çox, səhnədə rol oynamaqla məşğuldur”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ