190 manat ödəniş bu şəkildə veriləcək

17:58 23-06-2020 | icon 305 | İqtisadiyyat
190 manat ödəniş bu şəkildə veriləcək

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Versus.az-a verilən məlumata görə, bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub:

 

“Həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir Qərar qəbul edib.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək”.

 

Rəsmi məlumata görə, ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək:

 

“Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

VAR OLMAQ İSTƏYİRİKSƏ...

Qardaşlığın daha bir nümunəsi

DİM bugünkü buraxılış imtahanları ilə bağlı məlumat yaydı

İlham Əliyev hərbçiləri təltif etdi - SİYAHI

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

“Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”

Virus haqda o qədər bilgi əldə etmişəm ki...

İş adamı xaricə çıxarılan sərvətin siyahısını yaydı - SOS

Ermənistan atəşkəs rejimini 32 dəfə pozdu

“...Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır”

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI