Qurtuluş Günü, pandemiya dönəmi və mən…

15:56 15-06-2020 | icon 27 | Uşaq Dünyası
Qurtuluş Günü, pandemiya dönəmi və mən…

Evdə qalaq, sağlıqlı qalaq

 

LEYLA NƏCƏFLİ
/8-ci sinif
şagirdi/

 

Salam hər kəsə.

Əziz oxucular hər birinizə məlumdur ki, bu gun Azərbaycanda Qurtuluş Günü qeyd edilir. Bununla bağlı düşündüklərimi bölüşəcəm sizinlə.

 

1993-cü ilin bu gunu mərhum prezidentimiz Heydər Əliyev dövlətçiliyimizi yox olma təhlukəsindən xilas edib. Milli quruluş Azərbaycanın mövcudluğunu və müstəqilliyini təmin etdi. Bu isə məhz Heydər Əliyevin sayəsində gerçəkləşdi. O, Azərbaycan Respublikasının azadlığında və müstəqilliyində böyük rolu olan vətənpərvər bir şəxsiyyətdir.

 

Mən Heydər Əliyev şəxsiyyətinin vətənsevərliyini onun səsləndirdiyi “Azərbaycan” şeirindən, səsinin titrəməsindən sonra daha yaxşı anladım. Biz ona müasir Azərbaycanın suverenliyinə, inkişafına, ölkəmizin dünya xalqları içində öz yerini tutmasına görə borcluyuq.

 

Bizə qurtuluşu gətirən, ölkəmizi dünya xalqları arasında tanıdan babamız Heydər Əliyevin yolunu Azərbaycanı

inkişafa, yüksəlişə doğru aparan Prezident İlham Əliyev davam etdirir. O, xalqımız üçün xeyirli olan hər bir addımı dəyərləndirir. Əslində, bu koronavirus pandemiyası dövrü prezidentimizin xqlqımızı necə qoruduğunu bir daha sübut edir.

 

Xalqımızı bu dövrdə virusdan qoruyan görünməz qəhrəmanların - həkimlərin əziyyəti danılmazdır. Onların günlərlə, hətta həftələrlə üzlərinə geyindikləri maska və qoruyucu eynək izləri bizi qoruma cəhdlərinin göstəricisidir.

 

Bu dövrdə asayişi qoruyan polislərimizin əziyyəti də göz önündədir. Polislər hər kəs evində rahat oturduğu halda küçələrdə dolaşıb insanları təhlükədən qorumağa çalışırlar. Onlar xalqımız üçün hər cür əziyyət çəkirlər. Bu başqa bir mövzudur ki, o polislərin arasında polis adına ləkə gətirən səriştəsizlər də də var.

 

Polislərin, həkimlərin bu qədər əziyyətinə, səyinə məhəl qoymayan məsuliyyətsiz vətəndaşlarımız da var. Onlar “darıxıram”, “dostlarımla neçə vaxtı görüşə bilmirəm”, “havasız qalıram” kimi bir çox bəhanələrlə evlərindən maskasız çıxır sosial məsafəni pozurlar. Nə özlərini, nə də bizləri düşünmürlər. Hətta bəzi insanlar “virus-mirus yoxdur” deyə, fikirlər irəli sürürlər.

 

Sizcə onları haqlı saymaq olarmı?!

Əziz dostlar, bu günlərdə özümüzü və ətrafımızı qorumaq üçün evdə qalaq, sağlıqlı qalaq.

 

Gələn görüşlərə qədər hələlik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ