"190 manat az məbləğ olsa da, verilən qərarı alqışlayıram"

10:21 24-06-2020 | icon 270 | Siyasət
"190 manat az məbləğ olsa da, verilən qərarı alqışlayıram"

Lala Quliyeva: "Hakimiyyətdə olmasaq da, vətəndaşın işini müsbət həll edə biliriksə..."

 

"ALDP olaraq xalqın qarşısında öz missiyamızı yerinə yetiririk. Vətəndaşın hər bir problemini çalışırıq müvafiq təşkilatlara çatdıraq, həllinə köməklik edək. Bu illər ərzində minlərlə şıkayət ərizələri qəbul etmişik. Hamısına kömək edə bilməsək də, deyə bilərəm ki, şikəyətçilərin əksəriyyətinə köməklik etmişik, onlar müsbət cavab alıblar. Həqiqətən bu bizi çox sevindirir".

 
 
Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lala Quliyeva bildirib.
 
 
L.Quliyeva qeyd edib ki, partiya olaraq əsas məqsədləri hakimiyyətə gəlməkdir:
 
"Amma bu gün hakimiyyətdə olmasaq da, hətta bizə müraciət edən bir vətəndaşın işini belə müsbət həll edə biliriksə, bu bizi çox ruhlandırır. Deməli biz düzgün yoldayıq".
 
 
Nazirlər Kabinetinin 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında yeni qərarına da toxunan Lala xanım bu məbləğ az olsa da, verilən qərarı alqışladığını vurğulaıb:
 
"Partiyamızın sədri Fuad Əliyev dəfələrlə öz müsahibələrində bu haqda öz fikirini bildirib. Onu da qeyd edim ki, təkcə bizim partiya bunu etmirdi, digər müxalif partiyalarından da öz fikirlərini bildirirdilər, gündəmdə saxlayırdılar.
 
Bu məsələdə mən xüsusilə media nümayəndələrini qeyd etmək istəyirəm. Media nümayəndələri hər gün müxalifətin bu və digər təkliflərini işıqlandırırdılar. Və nəticə olaraq hakimiyyət müxalifətin çağırılışlarını eşidib bu qərarı qəbul edib. Cəmiyyətimizdə bütün müsbət dəyişikliklərin baş verilməsində medianın böyük rolu var. 
Biz hamımız bu ölkənin vətəndaşıyıq. Və biz birlikdə olaraq bütün problemləri həll edə bilərik. Xüsusən Qarabağ məsələsində birlik nümayiş etdirib, torpaqlarımızı işğaldan azad edə bilərik".
 
 
PƏRİ
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu