Könüllülərdən ictimai asayiş keşikçilərinə dəstək

11:21 25-06-2020 | icon 73 | Cəmiyyət
Könüllülərdən ictimai asayiş keşikçilərinə dəstək

Yeni növ koronavirus infeksiyasının ölkəmizdə yayılması ilə əlaqədar xüsusi karantin rejimi şəraitində yorulmadan fəaliyyət göstərən Azərbaycan könüllüləri Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq növbəti aksiya çərçivəsində Bakı şəhərində ictimai asayiş keşikçilərinə dəstək nümayiş etdiriblər.

 

Versus.az xəbər verir ki, könüllülər xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməsinə nəzarət üzrə fasiləsiz xidmət göstərən hüquq mühafizə orqanları əməkdaşlarına dəstək və minnətdarlıqlarının təcəssümü olaraq, onlara havaların isti keçdiyi bu günlərdə sərin su və könüllülərin dəstək sözlərinin ifadə olunduğu açıqcalar çatdırıb, bununla koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında, sözün əsl mənasında, fədakarlıq göstərən bu şəxslərlə həmrəyliklərini və vətəndaş məsuliyyətlərini nümayiş etdiriblər.

 

Təqdirəlayiq haldır ki, xüsusi karantin rejiminin qaydalarını nəzərə alaraq, könüllülər Bakı şəhərində sms icazə sisteminin yaratdığı 2 saatlıq açıq havada olma hüquqlarından məhz bu aksiyada iştirak etmək məqsədilə istifadə ediblər.

 

Qeyd edək ki, yeni növ koronavirus pandemiyası ilə mübarizədə dövlətin gördüyü tədbirlərə dəstək məqsədilə bir araya gələn Azərbaycanın bütün aparıcı könüllü hərəkat və təşkilatlarını bir çətir altında birləşdirən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarı altında könüllüləri səfərbər etməklə, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirir. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” və “Bir-birimizi qoruyaq!” aksiyalarında minlərlə könüllü iştirak edib və on minlərlə insan əhatə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR