“...Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır”

13:22 25-06-2020 | icon 945 | Dünya
“...Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır”

“Çinlə Hindistan arasındakı son qarşıdurmadan sonra vəziyyət nisbətən səngiyib. Ancaq vəziyyətlə bağlı gələn xəbərlər gərginliyin gələcəkdə də davam edəcəyinə işarə edir”.

 

Bu barədə Versus.az-a açıqlama verən "Atlas" Araşdırmaları Mərkəzinin sədri Elxan Şahinoğlu gərginliyin davam edəcəyi ilə bağlı təhlillərini ABŞ kəşfiyyatının məlumatına əsasən önə çəkib.  Həmin məlumatlarda bildirilib ki, yüksək rütbəli çinli general, sərhəddəki hərbi qüvvələrə Hindistan tərəfə hücum etmək əmri verib və həmin generalın Zhao Zongqi olduğu qeyd olunur. Generalın sərhəddəki çinli hərbçilərə, “Hindistanın dərsini verin!” deyə əmr verdiyi deyilir.

 

“Halbuki, Çin rəsmiləri 15 iyunda baş verən insidentə görə Hindistanı ittiham edirdi. Hindistan tərəfi insidentdə 20-yə yaxın hərbçisinin həlak olduğunu açıqlayıb. Çin isə bu vaxta qədər itkiləri barədə məlumat verməyib. Ümumiyyətlə Çində sərhəddəki son insidentlə bağlı səssizlikdir. Ancaq Hindistanın hərbi komandanlığı çinli hərbçilərin telefon danışıqlarından ələ etdiyi məlumata əsasən Çinin itkilərinin Hindistanın itkilərindən ən azı iki dəfə çox olduğunu vurğulayıb. Yəni sərhəddəki insidentin təşəbbüskarı Çin olsa da, bu ölkənin itkiləri daha çox olub. Qərb mətbuatında belə bir sual da müzakirə edilir ki, əgər Çin ölən hərbçiləri barədə məlumatı gizlədibsə, həmin hərbçilərin nəşi ailələrinə təhvil verilibmi?

 

Qərb mətbatı yazır ki, Çinin lideri Tsi Tsinpinin qanlı qarşılaşmaya səbəb olan qərarlarda nə dərəcədə iştirak etdiyi məlum deyil. Ancaq o da məlumdur ki, avtoritar idarəetməyə malik olan Çində birinci şəxsin icazəsi olmadan sərhəddə hərbi əməliyyatı həyata keçirmək mümkün deyildi. Çinli generalların özbaşına hərbçilərinə sərhəddə irəriləmək əmri verdiyi az ehtimal olunur. Digər tərəfdən sərhəddə silahlı qüvvələrin və hərbi texnikanın sayının artırılması qərarı da Çin rəhbərliyi tərəfindən verilib. Buna cavab olaraq Hindistan da sərhəddəki hərbi kontingentini gücləndirib. Deməli, sərhəddin dağlıq hissəsində növbəti qarşıdurma uzaqda deyil. Məsələni qəlizləşdirən odur ki, Çin Hindistanla sərhəddin dağlıq hissəsinə iddiasından əl çəkməyib”.

E.Şahinoğlunun təhlillərinə görə, hazırda Çinlə Hindistan arasındakı gərginlik ilk növbədə Rusiyanı narahat edir. Çünki, Rusiya hər iki dövləti özünə dost sayır.

“Hər 3 dövlət BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının üzvüdürlər. Çin və Hindistan arasındakı münaqişə təşkilatın imicinə də mənfi təsir. Bu isə Rusiyanın maraqlarına ziddir. Çünki, Rusiyanın rəqibləri deyəcəklər ki, Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır.Bu baş verməsin deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl çinli və hindistanlı həmkarlarıyla onlayn rejimində müzakirələr aparıb. Ancaq nəticə əldə olunmayıb. Bunun səbəbi sadədir. Hindistanda anlayırlar ki, Rusiya tərəfsiz vasitəçi deyil. Moskva üçün Çinlə strateji tərəfdaşlıq daha önəmlidir. Digər tərəfdən Rusiya Hindistanla C-400 raket kompleksələrini satışını da gecikdirir. Bu durumda Hindistan ABŞ-la tərəfdaşlığa önəm verməyə başlayıb”.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

Mədəniyyət Komitəsinin sədri HƏSƏN BƏY ZƏRDABİDƏN YAZDI

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO