Rəşad Mahmudov Bəhram Bağırzadənin səhhətindən yazdı

08:53 26-06-2020 | icon 154 | Sağlamlıq
Rəşad Mahmudov Bəhram Bağırzadənin səhhətindən yazdı

"Ümidlərimizin tükəndiyi anda Bəhram qardaşımız yaşamaq uğrunda mübarizə apardı və..."

 

“Bir tərəfdə Bəhram Bağırzadənin xəstəliyinə inanmayan insanlar, digər tərəfdə isə yaşaması üçün dəridən-qabıqdan çıxan tibbi heyət. Bir tərəfdə "bu şoudur" deyən kəslər, digər tərəfdə 19/06/2020 tarixli xarici ekspert rəylərində “bir faiz belə yaşama şansı yoxdu” açıqlamasını eşidib üzülənlər və kədərlənənlər..."

 

Versus.Az xəbər verir ki, bunu millət vəkili, dünya şöhrətli həkim Rəşad Mahmudov sosial şəbəkədəki hesabında əməkdar artist Bəhram Bağırzadə ilə bağlı yazıb.

 

 

R.Mahmudov bildiribki, günlərdir koma vəziyyətində reanimasiyada yatan B.Bağırzadənin səhhətində müsbətə doğru dəyişiklik var:

"Ağciyər fəaliyyəti yavaş-yavaş bərpa olunur. Ümidlərimizin tükəndiyi anda, “ağciyər transplantasiyası yoxsa mezenkimal kök hüceyrəmi?” kimi fərqli spekulyativ müzakirələrin aparıldığı şəraitdə Bəhram qardaşımız yaşamaq uğrunda mübarizə apardı və bu hələ də davam edir...

Tezliklə şəfa tapmağını, gözlərini yenidən açmağını və ayağa qalxaraq yayılan bütün şayiələrə özünün açıqlama verməsini diləyirəm...

Tanrı Sizləri, Dövlətimizi və Dünyamızı QORUSUN!”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK