“Azərbaycan ordusu daha da güclənib” - MÜSAHİBƏ

17:09 26-06-2020 | icon 246 | Siyasət
“Azərbaycan ordusu daha da güclənib” - MÜSAHİBƏ

Elman Nəsirov: “Hadisələrin gedişatı Ermənistanı tamamilə çıxılmaz vəziyyətə salacaq”

 

Bu gün güvənc, qürur mənbəyimiz olan Azərbaycan Silahlı Qüvvələri tarixi yaddaşımızı bir daha vərəqləyərək, dövlət, millət, bütövlüyümüz naminə əsas vəzifələrimizin mahiyyətini bir daha dünyaya bəyan etdi. Bu gün Azərbaycan əsgəri, hərbi qüvvələrimiz vətən, dövlət qarşısında götürdüyü öhdəliyinin hesabatını verərək, əsas ali məqsədinə doğru inamla irəlilədiyini göstərdi. Torpaqları işğal altında qalan ölkənin silahlı qüvvələrinin məsuliyyət yükü və  onun öhdəlikləri nə ola bilər?

 

Millət vəkili Elman Nəsirov Versus.Az-a müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin indiki hərbi-texniki hazırlığına nəzər salaraq bir çox məqamlara diqqət çəkib.

 

- Elman müəllim, Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edir.  Uzun tarixi proseslərin sınağından çıxaraq özünün nizami ordusunu quran Azərbaycan hərbi potensialına, gücünə və hərbi-texniki hazırlığına görə hansı mərhələdədir və onu necə qiymətləndirmək olar?

 

- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 102-ci il dönümüdür. Bu tədbir ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ölkə Prezidenti cənab İlham Əliyev öz təbrikində Azərbaycan Ordusunun döyüş ruhuna, hərbi hazırlığına yüksək qiymət verdi. Həqiqətən də bu gün Azərbaycan ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Ali Baş Komandan olaraq cənab İlham Əliyevin siyasətinin birinci hədəfi məhz Ordu quruculuğu məsələləridir. Və təsadüfi deyil ki, büdcəmizdə ən böyük vəsait məhz ölkəmizin hərbi gücünün artırılması məqsədlələri üçün ayrılır. Bu gün Azərbaycan ordusu ən müasir silahlarla təhciz edilib. Biz dünyanın bu sahədə inkişaf etmiş nüfuzlu ölkələrindən silah-sursatlar almışıq. Milyardlarla dollar vəsait bu məqsəd üçün sərf edilib. Eyni zamanda son illər Azərbaycanda 20-dən artıq hərbi zavod işə salınıb və Azərbaycanın artıq özünün hərbi-sənaye kompleksi formalaşıb.

 

- Azərbaycan Ordusu böyük döyüşə hazırdır?

 

- Azərbaycan ordusu öz gücünü 2016-cı ilin aprel döyüşlərində göstərdi. Və bu gün cənab Prezidentin söylədiyi kimi, ordumuz Cəbrayılın, Füzulinin, Ağdərənin bir çox ərazilərini işğaldan azad etdi və indi ordakı səngərlərdə Azərbaycan əsgəri keşik çəkir. 2018-ci ildə isə Naxçıvanda aparılan hərbi əməliyyatlar nəticəsində xeyli torpaqlar geri qayıtdı və ən başlıcası, strateji nöqtələri ələ keçirdik. Belə ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən yol tam Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Bu günlərdə ölkənin müdafiə naziri general-polkovnik Zakir Həsənov da qeyd elədi ki, Azərbaycan ordusu döyüşə tam hazır vəziyyətdədir. Torpaqlarımız üzərində suveren hüquqlarımızı bərpa etmək üçün istənilən vaxt Ali Baş Komandanın tapşırığını yerinə yetirməyə hazırdır. Biz bu gün həqiqətən də silahlı qüvvələrimizlə fəxr edirik. Bu silahlı qüvvələrimiz bizim güvənc yerimizdir. Azərbaycan Silahlı Qüvvələri böyük döyüş ruhuna malikdir, yüksək hərbi-vətənpərvərlik ruhundadır, ən müasir silahlara sahibdir və ən başlıcası nəyin uğrunda mübarizə apardığının fərqindədir. O, işğal altında olan torpaqları geri qaytarmaq uğrunda mübarizə apardığının fərqindədir. Amma düşmən ordusunda bu əhval yoxdur. Düşmən ordusu nəyin uğrunda mübarizə apardığını bilmir. Eyni zamanda, düşmən ordusunda bu gün ruh düşkünlüyü var, düşmənin əsgəri yalnız onu düşünür ki, tezliklə ordudan azad olsun və özlərinin də qeyd etdiyi kimi, bu lənətə gəlmiş Ermənistanı tərk edib başqa ölkələrdə nicat tapsın.

 

- Bu gün torpağı işğal altında olan vətəndaş, güclənən ordusuna güvənir və onun qarşısında belə bir sual dayanır: güclü ordu varsa, o zaman niyə biz torpaqlarımzı işğaldan azad etmirik. Qarşımızda hansı maneələr var?

 

- Bizim güclü ordumuz var və biz bu ordunu daha da gücləndiririk. Bu bir həqiqətdir. Amma gərək siyasətdə bütün parametrləri nəzərə alasan. Yəni burda məhşur bir “Kolen pauel” düsturu var. Həmin düstura görə bu və ya digər addımı, eyni zamanda hərbi addımı atarkən hətta 50-nin 50-yə nisbətində də prosesə başlamaq düzgün deyil. 60-ın 40-a nisbəti hərbi əməliyyatlara başlamaq üçün müəyyən əsaslar verir. 70-in -30 nisbəti isə çox yaxşıdır, 80-nin-20-yə nisbəti əladır. 90-nın 10-a nisbəti isə ideal vəziyyətdir. Ona görə də biz hərbi əməliyyatlara başlamaq haqqında qərar qəbul edəcəyimiz təqdirdə bütün risklər hesablanmalıdır. Bizim “ildırımsürətli” müharibə planlarımızı reallaşdırma imkanları, eyni zamanda, beynəlxalq geosiyasi vəziyyət hesablanmalıdır. Yəni müharibəyə başlayıb qabağa gedə bilməsək, bu artıq qəbuledilməzdir.  Yəni artıq elə bir addım atılmalıdır ki, o addımın qarşısında 100 faizlik qarantiya və qələbə təminatı olsun. Ona görə də qeyd etdiyim kimi, burada 3 mühüm parametr var. Ən başlıcası ordu son dərəcədə güclü olmalıdır və bu istiqamətdə mühüm işlər gedir. Azərbaycan ordusu güclüdür və zamanı və geosiyasi vəziyyəti düzgün seçmək lazımdır. Bu halda artıq hərbi əməliyyatlara başlamaq adi reallığa çevrilir.

Təbii ki, biz bu münaqişənin danışıqlar yolu, sülh şəraitində həll olunmasını istəyirik. Lakin danışıqlar nəticə verməyəcəyi təqdirdə Azərbaycan torpaqlaını hərbi yolla azad etmək hüququndan istifadə edəcək. Amma eyni zamanda biz burada düzgün zamanı seçməliyik. Eyni zamanda geosiyasi vəziyyəti düzgün təhlil edib strateji qərarlarımızı qəbul etməliyik. Heç bir addım xaotik olmamalıdır. Biz sülh istəyirik, amma düşmən buna razı deyilsə, biz müharibəyə başlayacağıq. Bu müharibə isə “ildırımsürətli” müharibə olmalıdır.  Müəyyən ermənipərəst siyasi dairələr və dövlətlər ayağa qalxıb bizə etiraz etməyə başlayanda görməlidir ki, Azərbaycanın şanlı ordusu artıq Xankəndində, Şuşada və digər işğal altındakı ərazilərimizdə Azərbaycanın müqəddəs bayrağını yüksəldib.

 

- Bu gün illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni terrorçularına hansı mesajınız olacaq?

 

- Bu gün Ermənistanın ali, hərbi, siyasi rəhbərliyi, əgər varsa papağını qarşısına qoyub düşünsün. Düşünsün ki, hadisələrin gedişatı Ermənistanı tamamilə çıxılmaz vəziyyətə salacaq. Nə qədər ki, gec deyil konstruktiv danışıqlara başlasınlar, münaqişənin həlli ilə bağlı real addımlar atsınlar. Əks təqdirdə müharibə labüdləşəcək və həmin müharibədə Ermənistan biabırçı məğlubiyyətə uğrayacaq. Doğurdanmı, 4 il qabaq aprel döyüşlərində aldıqları zərbə onlara dərs olmadı?!. Bu olduqca mühüm bir məsələdir. Bu gün Azərbaycan ordusu 4 il qabaq olduğundan 4 dəfə artıq güclənib. Bunu yaddan çıxarmasınlar. Ermənistan üçün yeganə çıxış yolu konstruktiv danışıqlar yoludur. Ermənilər Dağlıq Qarabağ və ətraf rayonlarımızı Azərbaycana qaytarmalıdırlar. Bunun alternativi yoxdur, mərhələli həll variantı yeganə yoldur. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Və ölkəmizin Prezidenti İlham Əliyev də dəfələrlə qeyd edib ki, biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağdakı ermənilərə ən yüksək muxtariyyat verməyə hazırıq. Bundan o yana heç bir addım atan deyilik. Hesab edirəm ki, ermənilər bu mesajları ciddi qəbul etməlidirlər. Əks təqdirdə müharibə labüdləşir və bu müharibədə Ermənistan ordusunun nələr gözlədiyini analiz edib nəticələr çıxarması üçün onların elə də böyük ağıl və dərrakə sahibi olmalarına ehtiyac yoxdur.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ