“Yaxşı bilirlər ki, Azərbaycan ordusu sürətlə inkişaf edir” - MÜSAHİBƏ

20:36 26-06-2020 | icon 544 | Siyasət
“Yaxşı bilirlər ki, Azərbaycan ordusu sürətlə inkişaf edir” - MÜSAHİBƏ

Qabil Hüseynli: “Bu, Azərbaycan ordusuna öz ərazi bütövlüyünü fəth etmək üçün lazım olan şərtləri yaradacaq”

 

Bu gün ərazisinin 20 faizi erməni terrorçuları tərəfindən işğal olunan Azərbaycan, Silahlı Qüvvələr gününü qeyd edərkən, qarşısında dayanan böyük savaşın mahiyyəti barədə bir daha dünya uctimaiyyətinə mesajlar verdi. Bu, torpaqları işğalda ola-ola Ordunun silahını “paslandırmaq” istəyən beynəlxalq güclərin, beynəlxalq hüququn aliliyini əsas tutaraq regionda ədalətin bərqərar olunmasına bir çağırışdır. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il keçsə də, uzun illər müstəmləkəyə çevrilən dövlətimizin müstəqil hərbi siyasət yüritməsinə imkan verilməyib və yaxın tariximizdə bunun acı nəticələrini yaşamışıq və bu gün də yaşayırıq. Bu gün Azərbaycan ordusunun güclənməsi, müstəqil hərb siyasətinin formalaşması əslində ötən tarixlə müqayisədə Azərbaycaan dövlətinə və ərazi bütövlüyümüzün təminatına hansı töhvələrini bəxş edir?

 

Politoloq, tarixçi alim Qabil Hüseynli Versus.az-a müsahibəsində Azərbaycanın yaxın hərb tarixinə nəzər saldı, ordu quruculuğunda yaranan məkirli baryerləri faktlarla önə çəkməklə bu gün qurulan, güclənən ordumuzun əzəmətini müqayisələrlə təhlil etdi.

 

- Qabil müəllim, torpaqlarımızın işğal faktı bu prosesdə müstəqilliyini yenicə qazanmış Azərbaycanın üzləşdiyi hansı əks-siyasətin, hərbi müdaxilənin nəticəsi idi. Və əksər hallarda ordu nizamsızlığı ilə əlaqələndirilən mövcud hərbi uğursuzluğumuzun günahı kimi ordunun “ayağına yazmaq” nə dərəcədə doğru yanaşmadır. Əslində nə baş vermişdi?

 

- Xeyir, burda torpaqların işğalını Ordumuzun günahı kimi dəyərləndirmək kökündən yanlışdır. Çünki Müstəqilliyini yenicə qazanmış Azərbaycanı “təhksilah” edən Rusiya regionda özünün maraqları naminə ölkəmizə qarşı “cəza tədbirini” gördü. O zaman Azərbaycanda hərb sistemi çökdürülmüşdü. Ordudan söz gedə bilməz.

SSRİ dağılandan sonra sovet ittifaqından bizə qalan silah və sursatlar, eləcə də döyüş texnikası ədalətli bölünmədi. Amma ölkəmizdə olan bütün hərbi hava qüvvələri bir neçə günün ərzində ölkənin ərazilərindən çıxarıldı. Şimal rayonlarında olan tank qoşunları da ölkə ərazilərindən çıxarıldı, yalnız rus ordusunun adı altında Gəncədə bir tank batalyonu qalmışdı. Daxildə silahlı qüvvələrlə bağlı vəziyyət o qədər də ürəkaçan deyildi. Yəni mən bunları sadalamaqla onu demək istəyirəm ki, sovet ittifaqının bütün silahlı qüvvələri sovet xalqları və millətləri tərəfindən yaradılsa da, SSRİ dağılanda, müstəqil Azərbaycanın ərazisindəki ən qiymətli qoşun növləri və ilk növbədə hərbi hava qüvvələri bir neçə günün ərzində çıxarıldı və Azərbaycana lazım olan vacib döyüş kütləsi yox edildi. Eləcə də digər sahələrdə də bu kimi ədalətsizliyə yol verildi. Ona görə də biz uzun müddət ardumuzu formalaşdırmaqda ciddi çətinliklərlə rastlaşdıq, orduya hərbi ləvazimat, döyüş texnikası almaq üçün müəyyən maliyyə çətinliklərimiz oldu. Bu vəziyyətdən istifadə edən, Ermənistandakı bütün döyüş texnikasını və hətta rus canlı qüvvələrini də İndiki Dağlıq Qarabağ ərazisində saxlayan “366-cı motaatıcı diviziyasındakı qoşunlar ərazilərimizin işğalında, ermənilərin bizə qarşı davakar, separatçı hərəkətlərində yaxından iştirak elədilər. Və ərazilərimizin 20 faizini işğal etməyə və oradan yerli azərbaycanlıları, 1 milyona yaxın insanı etnik təmizlənməyə məruz qoydular. İttifaq dağılandan sonra Azərbaycana dəyən ən böyük zərbə bu idi və bu zərbədə müəyyən qədər siyasi rəhbərliyin günühı var idisə, daha çox Moskva və Kremlin Cənubi Qafqazda silah bölgüsü və bütövlükdə yeni baş qaldıran separatçı hərəkətlərə qarşı ikilistandartlarla hərəkət etməsi Azərbaycanı çətin vəziyyətə saldı və biz ərazilərimizin bir hissəsini Ermənistanın məlum himayədarı Rusiyanın köməyi sayəsində itirdik.

 

- Ordumuzun durumuna bu gündən baxsaq dəyişən məqamlar nədir və bu, Azərbaycan üçün hansı imkanları yaradır, erməni terrorçularına və regionu nəzarətdə saxlamaq istəyən digər güclərə hansı mesajlarını verir?

 

- Azərbaycan artıq müasir standartlara cavab verən silahlı qüvvələr yarada bilib. Bu silahlı qüvvələr dünyanın 100 ən inkişaf etdmiş ölkələri sırasında 56-cı yeri turur. Azərbaycan ordusu bütün qoşun növlərinə və buna aid bütün silah növlərinə sahiblənib. Azərbaycan öz milli gəlirinin böyük hissəsini ordu quruculuğuna yönləndirməklə belə bir uğura nail olub. Bu gün cəsarətlə deyə bilərik ki, müharibə başlasa, Azərbaycan çox qısa bir müddətdə ərazilərimizi işğaldan azad edib, ərazi bütövlüyünü təmin edəcək. Sadəcə olaraq bir sıra geopolitik şərtlər, bir sıra dövlətlərin Ermənistanın arxasında dayanması və müharibə yolu ilə işğal faktının aradan qaldırılmasına maneçilik yaratması hələ ki, Azərbaycanın bu istəyini müvəqqəti olaraq təxirə salır. Biz Azərbaycan üçün ən mühüm geosiyasi şəraitin yetişəcəyi günü gözləyirik. Həmin o geosiyasi gün tezliklə yetişəcək.

 

- Erməni işğalçıları, terrorçu birləşmələri deyəsən öz havadarlarına o qədər arxayındırlar ki, Azərbaycan ordusunun gücünü qiymətləndirməkdə aciz qalıblar. Sanki bizim gözlədiyimiz o günün yetişməyəcəyinə daha çox inanırlar. Kimə və nəyə arxayındırlar?

 

- Ermənilər Azərbaycanın hərbi potensialını düzgün qiymətləndirə bilir.  Onlar yaxşı bilirlər ki, Azərbaycan ordusu sürətlə inkişaf edir, təkminləşir, ordu quruculuğu sahəsində canlı qüvvələr baxımından xeyli irəlidədir. Yaxşı bilir ki, döyüş texnikası sarıdan da Azərbaycan ən müasir, modern silahlara malikdir. Çünki qeyd etdiyim kimi, Azərbaycan neft gəlirlərinin və milli gəlirlərin heç də az olmayan bir hissəsini Azərbaycan ordusunun yenidən qurulmasına və onun yüksək döyüş qabiliyyətinin olmasına yönləndirir. Bu gün dünya da bunu etiraf edir. Bu sahədə analitik təhlillər aparan dünya qurumları da etiraf edir ki, Azərbaycan ordu quruculuğu sahəsində Ermənistanı qabaqlayır və onun hərbi potensialı Ermənistanın hərbi potensialından bir neçə qat üstündür. Sadəcə olaraq açıq danışaq ki, Rusiya Ermənistan ərazilərində hərbi bazalarını yerləşdirməklə, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibinə daxil eləməklə Ermənistanı açıq formada müdafiə edir. Bu da bölgədə ciddi müharibənin qarşsının alınmasına yardım edir.

Cənub qonşumuz İran da bu məsələdə Rusiyadan geridə qalmayan addımlar atır və Ermənistanın müxtəlif imtiyazlarının ödənilməsində yaxından rol oynayır. Azərbaycan hələ ki, riskli bir şəraitdə yaşayır,  amma bölgədə həm siyasi qüvvələr nisbəti, həm də bütövlükdə hərbi-siyasi mövcud vəziyyətin dəyişməsi ehtimalı böyükdür. Ən azından biz yaxın bir neçə il ərazində Rusiyanın Cənubi Qafqazda təsirinin xeyli azala biləcəyi ehtimaını söyləyə bilərik. Bu, Azərbaycan ordusuna öz ərazi bütövlüyünü fəth etmək üçün lazım olan şərtləri yaradacaq.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

"Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir"

Deputat Prezidentin müsahibəsində Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan YAZDI

“İnanırıq ki, yaxın zamanlarda bizim də məsələmiz ciddi şəkildə müzakirə ediləcək” - MÜSAHİBƏ

"Dövlət siyasi partiyaların rolu və əhəmiyyətini nəzərə alır"

Azərbaycanı güc mərkəzinə çevirən şərtlərin “Yol xəritəsi” - MÜSAHİBƏ

"Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə, indi isə"

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

44 yaşlı Şarliz Teronun rolunu gənc aktrisaya verdilər

Əlilliyi olan ifaçılar üçün nəzərdə tutulan layihə - FOTO

Ronaldu Corcina Rodrigesin çimərlik geyimində paylaşdığı fotoya şərh yazdı - FOTO

“Qalatasaray” çempionluq şansını itirdi

Mütəxəssis saç tökülməsinin iki əsas səbəbini açıqladı

Meyvələrin içindən çıxan iynələr qorxu yaratdı - FOTO/VİDEO

Boyu iki metrdən çox olan qadın həddindən artıq uzun ayaqlarından danışdı - FOTO

21 ölü - ANBAAN VİDEO

Heç bir zərərli yeməkdən imtina etmədən 69 kiloqram arıqladı - FOTO/VİDEO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Dövlət İmtahan Mərkəzi saxtakarlara ETİRAZ ETDİ

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək

Qlobal savaşlar müstəvisində Azərbaycanın rolu – MÜSAHİBƏ

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!