“Siyasi ambissiyaları kənara qoyub, koronavirusla mübarizəyə qatılmaq zamanıdır"

13:00 27-06-2020 | icon 343 | Siyasət
“Siyasi ambissiyaları kənara qoyub, koronavirusla mübarizəyə qatılmaq zamanıdır"

Könül İsmayılova: “Bu dönəm birlikdə koronavirusla mücadilə dönəmidir”

 

“Belə görünür ki, dünyanı bürüyən COVID-19 pandemiyasını bəla kimi qəbul etməyən insanlarımız hələ də var. Onlar var olduqca yoluxmaların da, ölümün də sayı dayanmadan artacaq. Bəla gəlib qapımızın ağzını kəsib, amma hələ də “yalandır”, “bu da bir siyasətdir” və bu kimi heç özlərinin də inanmadıqları sözlərlə camaat arasında çaşqınlıq yaradırlar”.

 

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Pandemiya ilə mübarizə çərçivəsində tətbiq olunan qaydalara əməl etməyən, maska geyinmək istəməyən şəxslərin biganəliyinin, saymazyana davranışlarının nəticəsi olaraq bu bəlanın hələ çox uzanacağını ehtimal etdiyini vurğulayan sədr müavini bildirdi ki, dövlətini, xalqını sevən bir vətəndaş olaraq bu gün hər kəsin vəzifəsi yorulmadan təbliğat aparmaq, maarifləndirməni gücləndirməkdir:

“Qaydalara əməl etməyən insanları harda görsək, çəkinmədən etirazımızı bildirməliyik. Ən böyük təsir ictimai qınaqdır. Hətta lazım gələrsə onlarla çəkinmədən fərdi söhbətlər aparmalıyıq. Anlamalıdırlar ki, infeksiyaya qarşı bu cür biganə, saymazyana münasibət nəinki onların özlərinə, eləcə də ətraflarına, cəmiyyətə, ölkəmizə zərərlidir. Yəni mümkün olduğu qədər başa salmalıyıq. Düşünməliyik ki, bu da bizim tərəfimizdən Prezidentimizin koronavirusla mübarizəsinə dəstəyimiz olar”.

 

K.İsmayılova qeyd etdi ki, pandemiya dönəmində istər siyasi partiyaların, istər məmurların, istərsə də mədəniyyət xadimlərinin fəaliyyətləri məhz koronavirusla mübarizəyə fokuslanmalıdır:

“MMP olaraq, partiyanın rayon təşkilatları da daxil olmaqla biz işimizi bu yöndə aparırıq. Bu gün elə bir vaxtdır ki, siyasi maraqlar arxada qalmalıdır. Hələ bu bəlanı atladaq, nəinki ölkəmiz, dünyamız normala dönsün, sonra hər kəs yenə öz abmisiyalarını ortaya atar. Bu dönəm isə birlikdə koronavirusla mücadilə dönəmidir. Biz çalışırıq qaydalara əməl edilsin ki, tezliklə virusdan da qurtulaq, karantin də götürülsün. Çox istərdim ki, bu vəziyyətdən çirkin əməllərini həyata keçirmək üçün sosial şəbəkədə erməni "dəyirmanına su tökən” dağıdıcı qüvvələr bu çıxışlarını müvəqqəti də olsa dayandırıb, güclərini heç olmasa onları dinləyən insanların xilasından dolayı koronavirusla bağlı təbliğata yönləndirsinlər”.

 

Könül xanım qaydalara əməl etməyən, maska geyinmək istəməyən şəxslərə tətbiq edilən cərimələrin miqdarının artırılması məsələsinə də toxunub:

“Düzdür, insanlarımızın indiki vaxtda güzəranı o qədər də yaxşı deyil ki, cərimənin miqdarının artırılmasından danışaq. Amma qaydaları pozanlar bunu zəruri edirlər. Əgər Prezidentin, Operativ Qərargahın və həkimlərimizin müraciətləri, çağırışları bu insanlara dərs olmursa, hər gün yoluxma hallarının, ölüm hallarının çoxalmasıyla bağlı eşitdikləri xəbərlərdən nəticə çıxarmırlarsa, o zaman cərimələrin artırılması ilə təsir etmək lazım gəlir.

Burdan saytınızın oxucularına da müraciət edirəm ki, gəlin karantin qaydalarını hər an diqqətdə saxlayaq və onlara əməl edək”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu