"Vasif Talıbov buna getməz, o özü bunun qabağını alar"

17:12 27-06-2020 | icon 243 | Siyasət
"Vasif Talıbov buna getməz, o özü bunun qabağını alar"

Fuad Əliyev: "Məsələnin gündəmə gətirilməsi düşmənlərimizin, xüsusilə ermənilərin marağındadır"

 

"Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Bu məsələni ortalığa atan Azərbaycan dövlətinin, Azərbaycan xalqının düşmənləridir. Bu məsələni 10 il, 5 il bundan qabağda vaxtaşırı gündəmə gətirirdilər".

 

Versus.Az xəbər verir ki, bu sözləri Naxçıvanın Azərbaycandan ayrılması üçün referendumun keçiriləcəyi ilə bağlı son günlərdə gəzən söhbətlə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

 
Partiya sədri Naxçıvanda kiminsə buna gedə bilərcəyinə inanmadığını bildirib:
 
"Vasif Talıbov ağıllı məmurdu, o, buna getməz, o, özü bunun qabağını alar. Hesab edirəm ki, bu məsələnin gündəmə gətirilməsi bizim düşmənlərimizin, xüsusilə ermənilərin marağındadır. Dağlıq Qarabağı işğaldan qabaq illər boyu dünyada təbliğat aparıblar ki, bu torpaqlar onlarındır. İndi də Naxçıvanla bağlı 30-40 il təbliğat mexanizmi işə salıblar ki, guya Naxçıvan ermənilərin torpaqlarıdır. Hakimiyyətdaxili çəkişmələri nəzərə alsaq, kimlərsə bunu öz maraqlarına uyğun istifadə edə bilərlər”.
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ