"Bu işdə medianın gücündən səmərəli istifadə etməliyik"

11:09 28-06-2020 | icon 271 | Siyasət
"Bu işdə medianın gücündən səmərəli istifadə etməliyik"

Elşad Musayev: "Artistlərin, qeyri-ciddi adamların ikrah doğuran məsləhətlərinə son verilməlidir"

 

"Koronavirus qurbanlarının sayı artmaqdadır. Vəziyyət ürəkaçan deyil. Mütəxəssislərin əksəriyyəti insanların şəxsi gigiyeniya qaydalarına əməl etmələrini, özlərini qorumalarını vacib şərt hesab edirlər. Sərt karantin rejiminin gözlənilən effekt verməməsi də məhz yuxarıda göstərilən şərtlərə əməl edilməməsi ilə əlaqələndirilir. Yas yerinə 200 adam yığışır, heç birində maska yox, ağız-ağıza oturub ehsan yeyirlər".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

 

Partiya sədri qeyd edib ki, son günlər tibbi maska taxanların sayının bir qədər artması hiss olunur. Amma müəyyən bir qisim sanki hamıya acıq vermək, başqalarından fərqlənmək üçün ÜST-ün, həkim-mütəxəssislərin elementar məsləhətlərini yerinə yetirməkdən imtina edir. Belələrinə qarşı sərt cərimələr təklif edənlər də var:

"Düşünürəm ki, biz məsələni cərimələrlə deyil, izahat işləri, inandırma metodu ilə aparmalıyıq. Bunun üçün də səlahiyyətli şəxslərin, ölkəmizin ən tanınmış tibb mütəxəssislərinin, alimlərinin mütəmadi çıxışları təşkil edilməli, məsləhət və tövsiyyələri insanlara çatdırılmalıdır. Bu işdə medianın gücündən səmərəli istifadə etməliyik".


Əslində problemin həllinin üç ayaq üstündə - ÜST, hakimiyyət orqanları və cəmiyyət - durduğunu vurğulayan BAP sədri qeyd edib ki, ÜST-ə məsləhət verə bilmərik, amma bu işlərə rəhbərlik edən Operativ qərərgaha, hakimiyyət orqanlarına kifayət qədər tənqid və təklif "yağdırılıb". Onun sözlərinə görə, Operativ qərərgah adından danışanlara əhali arasında o qədər də inam yoxdur, deməli, daha səlahiyyətli və peşəkar adamlar açıqlamalar, tövsiyyələr verməlidirlər.

 

"Artistlərin, qeyri-peşəkar və qeyri-ciddi adamların özfəaliyyətlərinə, insanlarda ikrah doğuran məsləhətlərinə son verilməlidir" deyən E.Musayevin fikrincə, əslində bu işlərə səhiyyə naziri rəhbərlik etməlidir:

"Adam bacarmır, ya özü istefa verməli, ya da dərhal istefaya göndərilməlidir. Yerinə də ən azı tibb camiəsində avtoritet olan, savadlı, məsuliyyətli bir kadr gətirilməlidir. O da işləri təşkil etməlidir".


E.Musayev hesab edir ki, bu cür işlərdə bir qədər inzibatçılıq gücləndirilməli, bütün mağaza və obyektlərə tibbi maskasız giriş qadağan edilməlidir:

"Buna əməl etməyən obyekt sahibləri cərimələnməlidir. Mövcud şəraitdə ən ciddi problemimiz koronavirus pandemiyası olduğu üçün hər birimiz də heç kəsə minnət qoymadan üzərimizə düşəni yerinə yetirməliyik. Əks halda problem dərinləşəcək".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Masallı və Biləsuvar rayonlarında Şəhid ailələri və məzarları ziyarət edilib

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO