Virusla mübarizə aparan tibb işçilərinin kredit borcları gündəmdə

11:51 28-06-2020 | icon 239 | Siyasət
Virusla mübarizə aparan tibb işçilərinin kredit borcları gündəmdə

Musa Quliyev: "Düşünürəm ki, qanuna əlavə və dəyişikliklər də etmək olar"

 

“COVİD-19-la mübarizədə ön cəbhədə dayanan tibb işçilərinə müəyyən imtiyazlar verilə bilər. Ancaq bu o demək deyil ki, banka olan borcların hamısı silinməlidir. Bu elə məsələdir ki, istənilən bank bunu könüllülük prinsipi əsasında həyata keçirə bilər. Sadəcə qanunla hansısa bankı kredit borcu olan tibb işçisinin borclarının silinməsinə güzəşt etməyə məcbur etmək doğru deyil”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronaviruslu xəstələrlə mübarizədə çalışan tibb işçilərinin kredit borclarının silinməsi məsələsinə münasibət bildirərkən deyib.

 

Komitə sədri tibb işçilərinə güzəşt və imtiyazların verilməsini də istisna etməyib: 

“Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı cənab prezidentin sərəncamı var. Nazirlər Kabineti onların əmək haqlarını artırıb. Qanunla tibb işçilərinə güzəşt və imtiyazlar verilə bilər. Peşə xəstəliyi və xəsarəti səbəbindən koronavirusla mübarizədə sağlamlığını itirən tibb işçilərinə, polislərə, sosial təminat işçilərinə əlavə sığorta haqları tətbiq oluna bilər. Bunlar emosional təkliflər səsləndirməklə yox, qanunla tənzimlənən məsələlərdir. Düşünürəm ki, qanuna əlavə və dəyişikliklər də etmək olar. Kiminsə bank borcu silinsin, ictimai nəqliyyatdan pulsuz istifadə etsin, kommunal xərclərdən azad olunsun kimi təkliflər çox ola bilər. Hesab edirəm ki, bunların hamısı qanunla tənzimlənməlidir”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu