Bu futbolçular heyətdən kənarlaşdırıldı

09:04 29-06-2020 | icon 191 | İdman
Bu futbolçular heyətdən kənarlaşdırıldı

İngiltərənin "Uotford" klubunun futbolçusu Andre Qrey özünə ad günü ziyafəti təşkil edib.

 

Versus.az xəbər verir ki, ingilis hücumçu iyunun 26-da, 29 yaşının tamam olmasına görə 20 nəfərin iştirak etdiyi parti verib.

 

Ziyafətə "Uotford"un digər futbolçularından Dominqos Kvinlə Nataniel Çaloba da qatılıb.


 
Artıq klub sözügedən məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Belə ki, "Uotford" karantin qaydalarının pozulmasına görə bu üç oyunçunun heyətdən kənarlaşdırıldığını elan edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, baş məşqçi Naycel Pirsonun qərarına əsasən Qrey, Çaloba və Kvin əsas komandadan müvəqqəti kənarlaşdırılıb. Bu qərar Premyer Liqanın 32-ci turu çərçivəsində ötən gün baş tutan "Sauthempton"la oyunda bütün oyunçuların, əməkdaşların və rəsmi şəxslərin sağlamlığının və təhlükəsizliyinin təminatı üçün qəbul edilib. Sözügedən qarşılaşma "Uotford"un 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.


 
İngiltərədə koronavirus pandemiyasına görə bir sıra məhdudiyyətlər tətbiq edilir. Bunlardan biri də altı nəfərdən çox insanın bir yerə toplaşmamasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

Mədəniyyət Komitəsinin sədri HƏSƏN BƏY ZƏRDABİDƏN YAZDI

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi