Bu müəllimlərə də müsabiqədə iştirak etmək hüququ verilir

10:40 29-06-2020 | icon 553 | Təhsil
Bu müəllimlərə də müsabiqədə iştirak etmək hüququ verilir

Bu ildən etibarən müddətli əmək müqavilələrinin daimiləşməsi və ya yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlərə də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək hüququ veriləcək.

 

Təhsil Nazirliyindən Versus.az-a verilən məlumata görə, müsabiqələr nəticəsində uğur qazanan bütün namizədlər (ibtidai sinif müəllimliyi ixtisası istisna olmaqla) maksimum iki iş yerində daimi əsaslarla çalışa biləcəklər.

 

Müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun yerdəyişmə müsabiqəsində tutduğu yer əsas, daimiləşdiyi yer əlavə iş yeri olacaq.

 

Müddətsiz müqavilə əsasında çalışan müəllim işə qəbul müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun işə qəbul müsabiqəsində tutduğu yer əsas, əvvəl çalışdığı yer əlavə iş yeri olacaq.

 

Yəni müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində və daha sonra növbəti işə qəbul müsabiqəsində uğur qazandığı halda onun maksimum iki yerində, 3 seçimdən biri əsasında çalışmaq imkanı olacaq. Bu halda müəllimlərin işə qəbul müsabiqəsində tutduğu yer əsas, yerdəyişmə müsabiqəsində tutduğu yer əlavə iş yeri olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO