“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

14:33 29-06-2020 | icon 1320 | Sağlamlıq
“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Nərminə Abbasova: “Səbəblər ortadan qaldırılmadığı müddətdə sinirdəki gücsüzlük artır və iltihablanmağa səbəb olur”

 

“Qollarla əlaqəli olan sinirlər və damarlar, onurğa iliyi ilə bağlıdır. Qoldan beyinə çatdırılan sinirlərin sıxışması və müxtəlif səbəblərdən ötrü zədələnməsi nəticəsində qolda uyuşma hissi yarana bilər. Daha çox rastlanan sol qoldakı uyuşma hissinin başlıca səbəbləri qan axışındakı sinir zədələnmələri ola bilər”.

 

Bunu Versus.Az-ın sol qoldakı uyuşma hissinin səbəbləri və necə müalicə olunması ilə bağlı sorğusuna açıqlamasında Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bildirib.

 

Sinir sıxışmasından bəhs edən Nərminə Abbasova bildirdi ki, sol qoldan keçərək beyinə uzanan mərkəzi sinir sisteminə aid sinirlər zədələnən zaman uyuşma hissi şiddətinə görə ağrı da verə bilər. Onun sözlərinə görə, qoldakı uyuşmağın qaynağı çiyin, boyun və ya beldən gələn sinir toxuması da ola bilər. Həkim deyir ki, sinir sıxışmasının səbəbləri ortadan qaldırılmadığı müddətcə sinirdəki gücsüzlük artar və iltihablanmağa səbəb olur.

 

Qan dövranının pozğunluğundan da söz edən Nərminə xanım qeyd etdi ki, yüksək xolestrin, yağlı qidalanma, damar tıxanıqlığı, hərəkətsiz yaşayış tərzi səbəbindən meydana gələ bilər:

 

“Belə vəziyyətdə qan vücudun hər bölgəsinə eyni miqdarda getməz. Qan əl və ayağa eyni miqdarda getmədiyi üçün də uyuşma hissi yarada bilər. Eyni zamanda, Diabet səbəbi ilə vücuddakı yüksək şəkər səviyyəsi sinirlərə zərər verə bilər. Tibdə buna diabetik neyropati deyilir. Zədələnən sinirlər uyuşma yarada bilər. Qeyd edim ki, infark da sol qolda uyuşma yarada bilər. İnfarkt zamanı damar sərtliyi və bununla əlaqədar olaraq sinədə ağrı yarana bilir. Xolestrinin aşağı salınması ilə birlikdə damar sərtliyi müalicə edilə bilər”.

 

Həkim-terapevt bildirdi ki, sol qolun keyiməsi əsasən qoldakı sinirlərə təzyiq düşməsindən və ya zəif qan dövranından yaranır. Bəzən qollarda kəskin şəkildə ağrı ilə birlikdə yanma və tikan batması kimi hiss yaranır. Həkimin sözlərinə görə, sol qol uyuşması anidən başlaya, ya da mərhələli olaraq inkişaf edə bilər.

 

N.Abbasova onu da qeyd etdi ki, əksərən qol uyuşması həyatı təhlükə yaradan hal olmur amma ürək xəstəliklərinin xəbərçisi ola bilər:

 

“Bu səbəbdən sol qolda ağrı və uyuşmalar gözardı edilməməli, vaxtında həkimə müraciət olunmalıdır. Sol qolun uyuşmasının müxtəlif səbəbləri var. Bunladan sinir sıxılması və zədə, qan dövranı pozğunluğu, damar sərtliyi kimi ürək problemləri, spirt və siqaret aludəçiliyi, vitamin çatışmazlığı, sınıqlar, "Brakial pleksus” yaralanması, əl və qollardakı kistlər, "Raynaud” sindromu, "Kübital Tunel” sindromu, enmə və əzələ dartılmasını göstərmək olar.

Mərkəzi sinir sistemlərindən sol qola uzanan sinirlərdə sıxılma və zədə sol qolun keyiməsində çox geniş yayılmış bir səbəbdir. Sinir zədəsinin bir çox səbəbi olmaqla bərabər əsas səbəb xüsusilə şəkər xəstələrində görülən diabetik nöropatidir. Bundan başqa, qolun üzərində yatmaq kimi qolda təzyiqə səbəb olan hallar sinir sıxılması və ziyanına səbəb ola bilər.

Qan dövranı pozğunluğuna gəlincə, qan dövranı pis olduqda bədənin uc nöqtələrinə kifayət qədər qan getməz. Bu halda xüsusilə əl və qollarda uyuşma və tikan batması hissi ortaya çıxa bilər. Qan dövranının istiqamətinə görə bundan daha çox sol qol təsirlənir. Qan dövranı pozğunluğu bir çox səbəblə yaranır. Yağlılığı yüksək qidalar qəbul etmək, yüksək xolesterin, hərəkətsiz həyat tərzi, siqaret çəkmək kimi amillər qan dövranını pozur. Qan dövranı pozğunluğu ürək narahatlığına da işarə edə bilər, buna görə ciddiyə alınmalıdır”.

 

 

Həkim-terapevt deyir ki, sinə ağrısının səbəbi adətən damar sərtliyidir. Belə ki infakt vəziyyətində ürəyə gedən damarlarda sərtlik meydana gəlir. Döşdəki ağrının müşayiəti ilə sol qolun uyuşmasını, ürək infaktının ən əsas əlamətlərindən biri sayan Nərminə xanımın sözlərinə görə, aşağı xolesterin pəhrizi və uyğun müalicə ilə damar sərtliyi yaxşılaşdırıla bilir.

 

N.Abbasova həddindən artıq spirtli içki və siqaret qəbulunun sinirlərin zədələnməsinə və irəliləyən zamanlarda hissi pozğunluğa səbəb olduğunu da vurğuladı. Eyni zamanda vitamin çatışmazlığı da qaçılmazdır. Həkim deyir ki, diqqətsiz qidalanma və vitamin, xüsusilə B vitamini çatışmazlığı orqanizmin müxtəlif bölgələrində tikan batması və keyiməyə səbəb ola bilər:

 

 

“Qolda, dirsəkdə, ya da barmaqda olan sınıqlar da əldə uyuşma hissinə səbəb ola bilər. Əllərdəki və qollardakı keyiməni qırıq olan bölgədəki kəskin ağrı müşayiət edir. Körpücük sümüyündə, çiyin, qolun üst və ya alt hissəsindəki sınıqlar sol qolda uyuşmaya səbəb ola bilər.

Qeyd etdiyim kimi, "Brakial pleksus” yaralanması da sol qolun uyuşmasının səbəblərindəndir. Brakial Pleksus - onurğadan gələn siqnalları çiyin və qollara çatdıran sinir torudur. Bu tip yaralanmada əlinizə gedən sinirlər yırtıq ya da çox gərgin olur. Karpal tunel sindromu da bu növ bir sinir bəlasıdır və barmaqlarda hissizliyə səbəb ola bilər.

Əl və qollardakı kistləri də gözardı etməyək. "Ganglion kisti” bilək və əllərdəki xərçəng təhlükəsi olmayan şişlərdir. Qısa müddət ərzində qəfildən, ya da tədricən inkişaf edə bilir. Bu kistlər əsasən ağrıya səbəb olmur və müalicə tələb etməz. Şişlər hərəkət qabiliyyətinə mane olduqda, ya da estetik cərrahi bir əməliyyatla götürülə bilər”.

 

 

Nərminə xanım bildirdi ki, "Raynaud” adlı sindrom da var ki, bu, temperaturun aşağı olduğu şəraitlərdə barmaqların soyumasıdır. Onun sözlərinə görə, bu narahatlıq olduqda qollara qan daşıyan arterlər daralır, bu da qolda uyuşmaya səbəb olur:

 

 

“Bir çox qadının əziyyət çəkdiyi bu xəstəliyin müalicəsi simptomların sıxlığı və şiddətinə uyğun dəyişiklik göstərə bilər.

Səbəblərdən digəri dirsək sinirləridir. Dirsək sinirləri "kübital tunel” adlanan dar bir keçiddən keçir. Burada bir sümük sınığı, kist, ya da dirsək sınığı üzündən uyuşma, tikan batma hissi, ya da qavrama qabiliyyətində problem müşayiət oluna bilər. Bu vəziyyət "kübital tunel” sindromu və ya "ulnar tələ” sindromu adlanır.

Enmə və əzələ dartılması kimi göstərilən səbəblərə də önəm verilməlidir. Enmə zamanı beyinə gedən qan azalır, ya da maneəyə uğrayar. Bu zaman beyin oksigen və qidadan məhrum qalar. Bu da bədənin bir tərəfində keyiməyə səbəb ola bilər. Yüksək təzyiq və siqaret qəbulu enmənin geniş yayılmış səbəblərindəndir.

Əzələ dartılması zamanı, yəni ağır bir əşya qaldırarkən əzələ dartılması ola bilər ki, bu zaman uyuşmanı azaltmaq üçün bölgəyə soyuq bir şey qoymaq lazımdır. Uyuşma sol çiyində, çənədə və sinədə ağrı ilə müşayiət edilirsə, xəstə mütləq xəstəxanaya getməlidir”.

 

Həkim-terapevt deyir ki, müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir:

 

 

“Amma evdə tətbiq oluna bilən üsullar sizi ən azından rahatlaşdıracaq. Məsələn, əl və qol məşqlərini sınayın. Qolları oynatmaq və müəyyən əl gərmə hərəkətləri həmin hissədəki qan axınını normallaşdırır, əsəblərin gərginləşməsini azaldır. Eyni zamanda, isti kompres edin. Belə ki uyuşma şişlik və ağrı ilə birlikdə meydana gəlirsə, isti kompres qoyulmalıdır.

Məsləhət görərdim ki, müntəzəm balıq yeyəsiniz. Balıq yağı həblərini istifadə etmək də xeyirlidir, qoldakı uyuşmanın müalicəsində kömək göstərir.

Bunlarla yanaşı vitamin qəbul edin. Sol qolunuzdakı və ümumiyyətlə bədəninizdəki keyimənin arxasında qida çatışmazlığı dayanırsa, "Kalsium” və "B12” vitaminləri qəbul olunması ilə vitaminlər baxımından yaxşı qidalanmanıza yardımçı ola bilər. Mütləq alkoqoldan qaçmaq lazımdır. Çünki spirt sinirlərə çox zərər verir. Bədəndə bir uyuşma mövcuddursa, bir müddət spirtdən uzaq durmaq lazımdır.

Və yaxşı olardı ki, yataq istirahətinə önəm verilsin. Belə ki bədəndəki keyimələr yaralanma və ya travmadan irəli gəlirsə, yataq istirahəti tez sağalmağa kömək edəcək. Əgər uyuşma ilə birlikdə yorğunluq, hərəkətsizlik, şiddətli baş ağrısı, fikir yayınması, baş dönməsi və danışma problemləri yaşayırsınızsa, dərhal həkimə müraciət edin”.

 

 

 

DİQQƏT!

 

Əgər qolunuzda uyuşma hissi varsa, müalicə olunmaq istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu