"Maska taxmaq siçan-pişik oyununa çevriləcək"

15:11 29-06-2020 | icon 436 | Siyasət
"Maska taxmaq siçan-pişik oyununa çevriləcək"

Razi Nurullayev: "Cərimələr maska taxanların sayını çoxaldacaq, amma faydası az olacaq"

 

"Parlamentdə maska taxmamağa görə tətbiq olunan cərimələrin artırılması yoluxmanın qarşısını almaqda əsas vasitə ola bilməyəcək. Çünki, inamsız vətəndaşlar müxtəlif vasitələrlə maska taxmağı siçan-pişik oyununa çevirəcək".

 

Versus.Az xəbər verir ki, bunu maska taxmayanlara tətbiq edilən cərimələrin artırılması təklifinə açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

 

Deputat qeyd edib ki, ilk növbədə “niyə insanlar maska taxmaq istəmir?” sualına cavab tapmaq gərəkdir:

"Məgər vətəndaşlar özlərinin, qohumlarının və yaxınlarının düşmənidir? Qrip tutan, asqıran və öskürən adam görən kimi qaçıb uzaqlaşırıq. Qrip, vərəm, malyariya tutan adamın yanına bir nəfəri Kalaşnikov lüləsinin qabağına belə sala bilmərik. Bəs indi bu millətə nə oldu? İnamsızlıq. Bütün dünya hökumətləri qışqırır ki, özünüzü qoruyun, ciddiyə alan yoxdur. Demək məsələ xalqımızda deyil, problem inamsızlıqdadır. Onun da səbəbi təbliğatı 10-15 dəfə üstələyən anti-təbliğatdır. Telefonlarımız anti-təbliğatla doludur və elə arqumentlər gətirirlər ki, istər-istəməz şübhəyə düşür adam".

 

R.Nurullayevin fikrincə, hazırkı çağırışlar vətəndaşlara qıcıqlandırıcı görünür və onlar o materialları oxumaq belə istəmir. Çünki, aşağı-yuxarı bütün təbliğat materilları eyni məzmunlu və eyni tezizlər üzrə çağırışdır:

"Birmənalı olaraq, cərimələr maska taxanların sayını çoxaldacaq, amma faydası az olacaq. Birincisi, 30 qəpiklik maskalar iki saatlıq müddət üçündür. Amma, vətəndaşlar onu həftələrlə taxır. Vətəndaşlar arasında kiçik bir sorğu apardım və gördüm ki, bir çoxları görüntü üçün taxır, sonra çıxarıb cibinə qoyur və təzədən lazım olanda yenə taxır.

Bizə nə lazımdır? Bizə vətəndaşların qorunmaq naminə könüllü olaraq maska taxmaları vacibdir. Bir də özümüzü aldatmayaq. Maska 30 qəpikdir, heç bir vətəndaş iki saatdan bir maska alıb dəyişməyəcək və ya gün ərzində maskaya 2-3 manat da pul verməyəcək. Maskalar pulsuz paylanarsa, mümkündür".

 

Deputat ictimai qınağı gücləndirməyi təklif edib:

"İsveçrədə bir sürücü qaydanı pozursa, arxasınca gələn sürücü şəklini çəkir və polisə göndərir. Yəni vətəndaşlar bütün sahələrdə bir-birinə nəzarət edirlər. Onlar bunu vətəndaş nəzarəti adlandırır, bizlər isə “sukalıq”, yəni “satqınçılıq”. Amma, indi bunları düşünməyin zamanı deyil.

İctimai qınaq üçün nə edək? Sadəcə, maska taxmayan adam görəndə ondan nümayişkəranə şəkildə uzaqlaşaq. Artıq tətbiq edildiyi kimi, maska taxmayan sərnişin olan zaman, marşrut yerindən tərpənməsin, maskasız görüşə gələnləri qəbul etməyək. Digər tərəfdən imkanı olanlar cibində təmiz maskalar gəzdirsin və olmayanlara təklif edib utandırsın. Yaşlılarını cəhalət üzündən qoruya bilməyənləri də lap adbaad ictimai qınağa məruz qoymaq olar. İctimai qınaq mütləqdir və müxtəlif innoavativ yollarını da hər kəs düşünüb tətbiq edə bilər. Çarələr tükənməzdir".

 

R.Nurullayev hesab edir ki, cərimələrin tətbiqinə tələsmək lazım deyil:

"Operativ Qərargahın tərkibinə insanların tanıdıqları və qəbul etdikləri insanların daxil edilməsinə nail olmağa çalışaq. Etiraf edək ki, TƏBİB bacarmadı.

Prezidentin xeyir-duası və Baş nazirin iştirakı ilə cəmiyyətin bütün spektrlərini əhatə etməklə onlayn konfransın keçirilməsinə və təkliflərin dinlənilməsinə ciddi ehtiyac var".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK