Bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı

17:33 29-06-2020 | icon 127 | İqtisadiyyat
Bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 100,4 milyon manat kompensasiya ödəyib.

 

Versus.az xəbər verir ki, ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 

 

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir. 

 

Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında" qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

VAR OLMAQ İSTƏYİRİKSƏ...

Qardaşlığın daha bir nümunəsi

DİM bugünkü buraxılış imtahanları ilə bağlı məlumat yaydı

İlham Əliyev hərbçiləri təltif etdi - SİYAHI

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

“Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”

Virus haqda o qədər bilgi əldə etmişəm ki...

İş adamı xaricə çıxarılan sərvətin siyahısını yaydı - SOS

Ermənistan atəşkəs rejimini 32 dəfə pozdu

“...Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır”

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI