Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

08:41 30-06-2020 | icon 985 | Dünya
Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Son sutkada Almaniyada yeni tip koronavirusdan (COVID-19) 12 nəfər ölüb, 498 yeni yoluxma faktı qeydə alınıb.

 

Versus.Az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

 

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 8 973, yoluxanların sayı 194 259 nəfərə çatıb.

 

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada təhlükəli infeksiyaya 48 400 nəfər yoluxub. Şimal Reyn-Vestfaliyada bu rəqəm 43 066, Baden-Vürtemberqdə 35 620 təşkil edir. Berlində COVID-19-a 8 220 yoluxma aşkarlanıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu