"Bəzən hökumətin vaxtında verilən qərarları səhv icra olunur"

09:49 30-06-2020 | icon 239 | Siyasət
"Bəzən hökumətin vaxtında verilən qərarları səhv icra olunur"

Fuad Əliyev: "Məmurun təfəkkürü xalqa və dövlətin sevgisinə istiqamətlənməlidir"

 

"Bəzən hökumətin vaxtında və düzgün verilən qərarları səhv icra olunur. Və nəticədə yaxşı işin başlanması pis nəticə verərək vətəndaşlarda narazılıq yaradır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
 
 
Bunun nədən belə olduğunu şərh edən partiya sədrinin fikrincə, burada sistem və insan faktoru var:
 
"28 ildir ki, Azərbaycan müstəqildir. Müstəqilliyin ilk illərində, Sovet dövründə idarəçiliyi bilən partiya, komsomol və icra strukturlarında işləyənlərə vəzifələr verildi. Təəssüf ki, bir müddətdən sonra məmurların əksəriyyəti korrupsiya və rüşvət “virusuna yoluxdular”. Neft gəlirlərin yüksək olduğu zaman bu virus məmurların qanına keçdi və məmur-oliqarx təbəqəsi yarandı. İdarəçilik yaddan çıxdı və oliqarx-məmurlar sanki kim büdcədən daha çox pul silib, öz yaşayışını yaxşılaşdıracaq uğrunda yarışa çıxdılar".
 
 
Hakimiyyətin iki ildir kadr islahatı apardığını, artıq yaşlaşmış məmurları nisbətən gənclərlə əvəzlədiyini qeyd edən ALDP sədri yenilərin də hardasa 30-40 yaşda olduqlarını vurğulayıb:
 
"Yəni ki, onlar Azərbaycanın müstəqillik dövründə böyüyüblər və çoxsu xaricdə təhsil alıblar. Nəzərə alsaq ki, xaricdə oxuyanların çoxsu varlı ailələrin uşaqlarıdırlar, bunların əksəriyyətində heç normal savad yoxdur. Bir də xaricdə təhsil almaq, hələ o demək deyil ki, bunlar idarəçiliyi bilirlər. İdarəçilik böyük bir məktəbdir. Sovet sistemində hansısa vəzifəyə təyinata öncə kadrın idarəetmə təcrübəsi əsas götürülürdü, hansı vəzifələrdə işləyib təcrübəsinə, idarəetmə qabiliyyətinə, təşkilatçılığı amillərinə üstünlük verilirdi. Düzdür, bu gün o sistem deyil, kadr islahatı prosesində yalnız xaricdə təhsil almaq, dil bilmək prinsipini əsas götürmək düzgün seçim deyil. Bu gün ölkəmizdə xarici dil bilən on minlərlə gənc var, xaricdə təhsil almadıqlarından irəli çəkilməyiblər. 
Fikrimcə, kadrın təyinatı onun təhsili və dil bilgisiylə əsaslandırılmalıdır. İdarəetmə qabiliyyəti və təcrübə əsas götürməlidir.
 
Ona görə həmin fikrə qayıdıram ki, vaxtında və düzgün verilən qərarlar səhv icra olunur. Burada bütövlükdə sistem dəyişməlidir. İnsanların təfəkkürü, onların hadisələrə yanaşmaları dəyişilməlidir. 
 
Məmurlar başa düşməlidirlər ki, onlar dövlət qulluqçularıdılar. Məmurun təfəkkürü xalqa və dövlətin sevgisinə istiqamətlənməlidir. Öz xalqını və dövlətini sevən adam rüşvət və korrupsiyadan uzaq olar".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri