"Prezidentin təklifini 130-dan çox dövlətin dəstəkləməsi müsbət haldır"

10:35 01-07-2020 | icon 115 | Siyasət
"Prezidentin təklifini 130-dan çox dövlətin dəstəkləməsi müsbət haldır"

Lalə Quliyeva: "BMT iclaslarında qaldırılan məsələlərə çox zaman yekdilliklə səs verilmir"

 

"BMT-yə üzv ölkələrin heç biri bu təşəbbüsdə olmadı".

 

Versus.Az xəbər verir ki, bu fikri açıqlamasında ALDP Qadınlar Şurasının sədri Lalə Quliyevə bildirib.

 

L.Quliyeva qeyd edib ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifini 130-dan çox dövlətin dəstəkləməsi müsbət haldır:

"Bu məsələnin çox böyük əhəmiyyəti var. Artıq 4 ay ərzində 10 milyon insan koronavirusa yoluxub və bu say artmaqdadır. Dünyada gözə görünməyən düşmənlə mübarizə aparılır. 500 mindən şox insan bu "müharibə"nin qurbanı olub".



ALDP Qadınlar Şurasının sədri çox maraqlı bir faktı da diqqətə çatdırıb. Bildirib ki, BMT Baş Assambleyasının iclaslarında qaldırılan məsələlərə çox zaman yekdilliklə səs verilmir:

"Bu məsələdə isə bir ölkə əleyhinə səs verdi, qalan ölkələr Prezidentin təşəbbüsünü dəstəklədi. Bizim ölkə üçün bu çox yaxşı haldır. Baxın, pandemiya demək olar ki, yanvar ayından dünyada tuğyan edir. Baxmayaraq ki, artıq 6 aydan çox bütün ölkələrdə yoluxma, ölüm halları qeyd olunur, ancaq BMT-yə üzv ölkələrin heç biri bu təşəbbüsdə olmadı. Bu məsələdə Azərbaycanın təşəbbüskar olmağı və bu qədər ölkələrin dəstəyini alması sevindirici haldır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR