DADP sədrindən Ramazan təbriki

12:13 15-06-2018 | icon 355 | Gündəm
DADP sədrindən Ramazan təbriki

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Azərbaycan xalqını və dünya müsəlmanlarını Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

"Əziz soydaşlar!

Mübarək bir ayın - Ramazan ayının sonuna gəldik. Mən sizin hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, sizə və əzizlərinizə ən xoş arzularımı, diləklərimi bildirirəm.

 

Bu ay biz müsəlmanlar üçün niyə bu qədər əzizdir, bu qədər dəyərlidir? Çünki bu ayın ən ümdə vəzifəsini yerinə yetirmək, oruc tutmaq bizlərə Allah tərəfindən buyrulub. Ana Kitabımız, Kitablar Kitabımız sayılan "Qurani Kərim" də məhz bu ayda, bu ayın mübarək Qədr gecələrində nazil olunub.

 

Allah "Quran"ı da, orucluğu da bizə lütf kimi göndərib. Məhz orucluğun sayəsində biz həm Uca Yaradanımız qarşısında, həm xalqımız qarşısında, həm də doğmalarımız qarşısındakı vəzifələrimizi, vicdani borclarımızı bir daha yaxından dərk etmiş oluruq və ruhumuzun duruluğu üçün, fiki və niyyətlərimizin saflığı üçün, cismimizin sağlamlığı üçün nəfsimizlə mübarizə aparırıq, ona qalib gəlməyə çalışırıq. Lütfkar və mərhəmətli Allah da bu yolda bizim əzmimizi, gücümüzü daha da artırır və bizi kamilləşməyə doğru götürür.

 

Ramazan ayının başqa bir özəlliyi və gözəlliyi də ondadır ki, bu ay təkcə öz doğmalarımızla və dostlarımızla deyil, xalqımızın və ümmətimizin bütün nümayəndələri ilə, dünyadakı milyonlarla azərbaycanlı ilə, tanımadığımız əcnəbi müsəlmanlarla bizim aramızda həmrəylik, vəhdət hisslərini daha da gücləndirir, biz hamımız özümüzü böyük bir BÜTÜNün, nəhəng müsəlman aləminin bir parçası kimi hiss edir və bu hissin qeyri-adiliyini, ülviliyini yaşayırıq. Məhz bu mənada, Orucluq həqiqətən də olduqca qüdrətli ayindir, möcüzəvi ritual və ibadətdir. Bunun nəticəsidir ki, biz bütün azərbaycanlılar, bütün müsəlmanlar bu ayda bir-birimizi tanıdıq-tanımadıq, hamımız bir-birimiz üçün içimizdən gələn səmimiyyətlə, ilahi eşqlə dualar edirik. Mən bütün bu dualara, diləklərə qatılıram və həm Azərbaycan üçün, həm də bütün müsəlman aləmi üçün Allahdan hüzur, əminamanlıq və bolluq təmənna edirəm.

 

Bu ayda haqqında ən çox dualar etdiyimiz mübarək insanlar həm də Vətən şəhidlərimizdir. Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağımızın müdafiəsi uğrunda öz canlarından keçmiş şəhid bacı və qardaşlarımızı xatırlamaq, onların ruhları üçün dua etmək hər birimizin vicdani borcudur. Biz onlara hər zaman minnətdar olmalıyıq. Biz hər bir şəhidimizlə qürur duymalıyıq!

Dövlətimizə və Milli Ordumuza da bu Ramazan günlərində Allahdan güc, qüvvət diləyirik. Dövlət və ordu daim güclü olmalıdır ki, millətin varlığı və müstəqilliyi də əbədi olsun. Odur ki, hər bir əsgər və zabitimiz üçün də öz doğma ailə üzvlərimiz kimi, əzizlərimiz kimi dua edirik.

 

Dəyərli həmvətənlərim!

Bu əziz bayram günlərində bir daha hamınızı bütün varlığımla təbrik edirəm. Allah oruclarınızı, dualarınızı, xeyir əməllərinizi, ehsanlarınızı qəbul etsin. Xeyir-bərəkət sizinlə olsun. Amin!

Xəbər lenti

 Eks deputatlığa namizəd Qubanın rəsmilərinə, millət vəkilinə səsləndi

Əlabbas Məhərrəmli: "Dağlı kəndinin əhalisinə də səslənirəm: qarşıdan bələdiyyə seçkiləri gəlir, vəziyyətinizə baxın və sizi uzun illər susuzlugdan xilas edə bilməyən, bələdiyyənin indiki rəhbərliyinə, üzvlərinə bir nəfər kimi yox deyin"

Güzgüləri sındırmaqla eyiblər yox olmur...

 Media tarixinin ən unikal və kuryoz olayları

"Çinin bu ədalətli mövqeyi bizim tərəfimizdən təqdir edilir və qiymətləndirilir"

"Bu, iqtisadi terrorizmdir" - Zərif

Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

Dünya tarixinə damğa vuran ilk türk hökmdar qadın Tomrisin həyatı filmə çevrilib – VİDEO

Qarabağ Komitəsi BŞİH ilə razılaşmadı

Beynəlxalq olimpiada mükafatçısı: “Qəbul imtahanında iştirak etmədim, çünki...”

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə - Qeydiyyat başlayır

Hazırda həkim işləyənlər rezidenturaya ərizə verə bilərlər?

Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur

Qəbul imtahanlarında ümumilikdə bu qədər abituriyent qovulub - RƏSMİ

 "I ƏKİNÇİ KUBOKU" mini futbol turniri başa çatıb

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər

ALDP Keçikçidağ ilə bağlı bəyanat verdi

Polis leytenantı özünü güllələdi