Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

20:52 18-06-2018 | icon 282 | Gündəm
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

“Dünya şöhrətli iş adamının Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının hər birinin adını ayrı-ayrılıqda gəmilərinə verməsi onu erməni əks-təbliğatının hədəfi etdi...”



Versus.Az xəbər verir ki, Moderator.az saytının redaksiyasına məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimova qarşı son günlər aparılan kampaniyanı qınayan müraciət daxil olub. “Laçın və laçınlılar” – “Facebook” qrupu adından Laçın elinin tanınmış ağsaqqal ziyalısı Qəzənfər Hüseynovun təqdim etdiyi müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:



“Mübariz Mənsimov ölkəmizdən kənarda öz zəhməti ilə nəhəng bir şirkət qurub fəaliyyət göstərərək dövlətimizə və xalqımıza şərəf və hörmət gətirir. Mübariz Mənsimov - öz milli qeyrəti, səxavəti, xeyirxahlığı ilə daim seçilən, çoxlarına örnək sayılacaq bir həmvətənimizdir. Nəinki Azərbaycan, Türkiyə və yaxın regionda, artıq dünyada tanınan bu iş adamının milli təəssübkeşliyi və vətənə bağlılığı azərbaycanlı qanı olan hər kəsi sevindirməlidir… 

Bu günədək neçə imkansız ailəyə, Qarabağ qazisinə maddi və mənəvi dayaq durmuş, neçə tanınmış Azərbaycan ziyalı və sənətkarının ağır xəstəliklərdən müalicəsi üçün əlindən gələni əsirgəməmişdir.

Mübariz bəy… Onun xeyriyyəçi əməllərini sadalamaqla qurtarmaq olmaz... 



Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” şirkətlər qrupunun sifarişiylə hazırlanmış gəmilərin əksəriyyəti Azərbaycanın, müsəlman, türk dünyasının məşhur şəxsiyyətlərinin, Milli və Xalq qəhrəmanlarının, işğal altındakı yurdlarımızın adını daşıyır.



…2014-cü ildə “Laçın Və Laçınlılar” -“Facebook” qrupunun təşəbbüsü ilə Laçınlı ziyalılar Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ilk milli hərbi nazir və Qarabağın general- qubernatoru olmuş Xosrov bəy və Xalq qəhrəmanı Sultan bəy Sultanov qardaşlarının adlarının bir gəmiyə verilməsi üçün Mübariz bəyə müraciət etmişdi. Biz iki qəhrəmanın adının yalnız bir gəmiyə, özü də şirkətin problemlərinin çoxluğuyla əlaqədar xeyli gecikmə ilə veriləcəyini gözləyirdik… 



Lakin Mübariz Mənsimov qısa bir müddətdə, özü də gözləntimizin əksinə olaraq Sultanov qardaşlarının hər birinin adını ayrı-ayrı gəmilərə verərək onların xatirələrinin dünya durduqca yaşadılması üçün gözəl bir işə imza atdı. Bu gün Xosrov bəy Sultanov və Sultan bəy Sultanov qardaşlarının adlarını daşıyan gəmilərin dünya sularında üzməsi bizə fəxarət duyğusu yaşadır…



Çox təəssüf ki, korporativ və konyuktur maraqları çərşivəsindən kənara çıxa bilməyən, azərbaycanlıların birliyini istəməyən bəzi ünsürlər bir sıra KİV-də şər-böhtanlar yazmaqla dəyərli və milli qeyrətli iş adamının nüfuzuna zərbə vurmaq ustəyirlər. Təbii ki, bu cür qarayaxmalar Mübariz Mənsimovun nüfuzuna kölgə sala bilməz. Necə deyərlər, yel qayadan heç nə qoparmaz...



Eyni zamanda onu da bildiririk ki, Sultanov qardaşlarının xatirəsi azərbaycanlıaır üçün nə qədər əzizdirsə, bədxah ermənilər üçün də bir o qədər arzuolunmazdır. Onların adlarını əbədiləşdirdiyinə görə M.Mənsimov həm də erməni əks-təbliğatının hədəfinə tuş gəlir. Odur ki, bu gün Mənsimovu şər-böhtanlara hədəf seçmək erməni dəyirmanına su tökmək kimidir.



Mübariz Mənsimov əsl Azərbaycan sevdalısıdır...



Biz, “Laçın və laçınlılar”- “Facebook” qrupunun üzvləri Mübariz Mənsimova qarşı aparılan qarayaxma kampaniyasını hiddətlə qınayır və öz vəfa borcumuza sədaqət nümayış etdirərək bəyan edirik ki, öz murdar əllərinizi xalqımızın ləyaqətli oğlu Mübariz bəydən çəkin!

Allah Mübariz bəyin malına bərəkət, özünə sağlamlıq və yeni uğurlar yetirsin!..”

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb