75 əcnəbi qaçqın statusu alıb

14:46 20-06-2018 | icon 223 | Cəmiyyət
75 əcnəbi qaçqın statusu alıb

BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən BMT-nin “Qaçqınlarin statusu haqqında” 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan edilib. Dünyada hər il bu günlə bağlı tədbirlər keçirilir.

 

Dövlət Miqrasiya Xidmətindən Versus.Az-a verilən məlumata görə, bu gün Ümumdünya Qaçqınlar günü ilə bağlı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam mərkəzində tədbir keçiriləcək. Tədbirdə dövlət orqanlarının, o cümlədən nazirlik, komitə və digər təşkilatların, ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və yerli humanitar qurumların, həmçinin qaçqın və köçkün icmaları təmsilçilərinin iştirakı nəzərdə tutulur.

 

Dövlət Miqrasiya Xidməti ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qaçqın statusunun verilməsi, bu kateqoriyadan olan şəxslərin qəbul edilməsi, yerləşdirilməsi və digər əlaqəli məsələlər üzrə səlahiyyətli qurumlardan biridir. Hazırda qaçqın statusu almış 75 əcnəbi Dövlət Miqrasiya Xidmətinin qeydiyyatındadır.

 

BMT QAK-ın açıqlamasına görə, 2017-ci ilin sonuna olan məlumata əsasən zorla öz yurd-yuvalarından didərgin düşənlərin sayı 68,5 milyon nəfərdir.

 

Torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan da hələ keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdəndir. Respublikamızda 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb