"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

18:34 20-06-2018 | icon 370 | Siyasət
"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

O zaman Azərbaycanı titrədən qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda 10 milyon əhalinin bir milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Yəni ölkədə hər 10 nəfərdən biri qaçqındır:

 

"Halbuki dünyada olan əhali ilə qaçqınların sayını müqayisə etdikdə, yüzlərlə insana bir qaçqın düşür. Bu, qaçqın və məcburi köçkün probleminin Azərbaycanda nə qədər ciddi olduğunu göstərir. Görünür, dünyada ədalətsizlik baş alıb gedir ki, qaçqın və məcburi köçkün problemi yaranıb. Dünyada separatizm, başqa ərazilərə göz dikmək olmasaydı, qaçqın problemi də bu qədər ağır məhrumiyyətlərə səbəb olmazdı".

 

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycanın bir milyondan artıq insanının bu vəziyyətdə yaşamasına göz yumulursa, bu problem Azərbaycanda yarananda lazımi diqqət göstərilmirdisə, düşünmək lazım idi ki, bu problem bir ölkə çərçivəsindən çıxaraq bütün dünyanı əhatə edəcək:

 

"O zaman Azərbaycan xəbərdarlıq edirdi, ancaq Azərbaycana lazımi diqqət göstərilmədi. Ona görə də o zaman Azərbaycanı titrədən bu problem indi bütün dünyanı silkələyən problemə çevrilib".

 

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda hökumətin səyləri nəticəsində qaçqın və məcburi köçkün probleminin kəskinliyi nisbətən azalıb:

 

"Qaçqın və məcburi köçkünlərin məişət problemini həll etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq olar, lakin insan nə qədər ki, öz doğma torpağına qayıtmayıb, mənəvi əziyyət çəkəcək. Artıq 30 il keçib. Daha nə qədər vaxt keçməlidir ki, onların köçkünlük həyatına son qoyulsun, öz doğma torpaqlarına qayıtsınlar? Bütün dünya qaçqın problemini aradan qaldırmaq, bu problemin daha da dərinləşməsinin qarşısını almaq üçün öz səylərini göstərməlidir. Hesab edirəm ki, Azərbaycanın səsini vaxtında eşitməyən təşkilatlar indi eşidərlər".

Xəbər lenti

 Eks deputatlığa namizəd Qubanın rəsmilərinə, millət vəkilinə səsləndi

Əlabbas Məhərrəmli: "Dağlı kəndinin əhalisinə də səslənirəm: qarşıdan bələdiyyə seçkiləri gəlir, vəziyyətinizə baxın və sizi uzun illər susuzlugdan xilas edə bilməyən, bələdiyyənin indiki rəhbərliyinə, üzvlərinə bir nəfər kimi yox deyin"

Güzgüləri sındırmaqla eyiblər yox olmur...

 Media tarixinin ən unikal və kuryoz olayları

"Çinin bu ədalətli mövqeyi bizim tərəfimizdən təqdir edilir və qiymətləndirilir"

"Bu, iqtisadi terrorizmdir" - Zərif

Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

Dünya tarixinə damğa vuran ilk türk hökmdar qadın Tomrisin həyatı filmə çevrilib – VİDEO

Qarabağ Komitəsi BŞİH ilə razılaşmadı

Beynəlxalq olimpiada mükafatçısı: “Qəbul imtahanında iştirak etmədim, çünki...”

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə - Qeydiyyat başlayır

Hazırda həkim işləyənlər rezidenturaya ərizə verə bilərlər?

Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur

Qəbul imtahanlarında ümumilikdə bu qədər abituriyent qovulub - RƏSMİ

 "I ƏKİNÇİ KUBOKU" mini futbol turniri başa çatıb

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər

ALDP Keçikçidağ ilə bağlı bəyanat verdi

Polis leytenantı özünü güllələdi