“Dövlətimizə və Prezidentimizə etibar etməliyik”

14:26 15-07-2020 | icon 27 | Siyasət
“Dövlətimizə və Prezidentimizə etibar etməliyik”

Əli Həsənov: “Həlledici məqamlarda öz dövlətinin ətrafında sıx birləşən xalqlar qalib gəlir!”

 

“Dünən gecə Moskvada yaşayan çoxdan tanıdığım bir jurnalist dostumun zəngi məni yuxudan oyatdı. Onun birinci sualı belə oldu - “Əli, sizdə Bakıda yenə nə baş verir, deyəsən ermənilər Tovuza top atıb, paytaxt camaatını oyadıb, küçələrə töküb”. Mənim dostuma cavabım lokanik və ironik oldu - “Serqey, sizdə yaxşı bir məsəl var - Zürafə böyükdür, hər şeyi yuxarıdan o daha yaxşı görür!”. Onu demək istədim ki, ermənilərin nə etdiyini bir müttəfiq olaraq Moskva daha yaxşı bilər... Əslində dostum Bakıdakı hadisələri öyrənmək istəyirdi, əhalinin qəzəb və qisasçılıq istəyindən doğan, bəzi “reportyorların” həvəslə sosial şəbəkələrdə yaydığı nizamsız yürüşləri, koronavirusun tüğyan etdiyi bir dövrdə təhlükəli toplantıları nəzərdə tuturdu”.

 

Versus.az xəbər verir ki, bunu professor Əli Həsənov özünün “facebook” səhifəsində paylaşıb.

 

O, iyunun 14-də Bakıda baş verən hadisələri, vəziyyətin ciddiliyini analiz edərək, vətəndaşları ayıq-sayıq olmağa çağırıb:

 

“Doğrudan da, xalqımız iki gündür cəbhə bölgəsində yaşanan hadisələrdən haqlı olaraq qəzəblidir və hər bir Azərbaycan vətəndaşı, hər bir həmvətənlimiz mənfur düşmən gülləsindən şəhid olmuş generalımızın, igid əsgər və zabitlərimizin qisasını almaq eşqi ilə alışıb yanır. Amma, unutmaq olmaz ki, soyuqqanlı və təmkinli olmaq, baş verən hadisələri lazımi səviyyədə araşdırıb, ən effektli tədbirləri görmək imkanını da biz xalq olaraq ilk növbədə, dövlətimizə və Prezidentimizə etibar etməliyik. Dünən axşam və gecə eynən 1988-1991-ci illərin ab-havasını respublikada təkrarlamaq istəyirdik sanki. O zaman da ermənilər aram-aram, təmkinlə, davamlı formada torpaqlarımızı bir-birinin ardınca, kənd-kənd, rayon-rayon ələ keçirəndə, biz azərbaycanlılar Bakı küçələrində mitinq və yürüşlər keçirərək, özümüz də bilmədən işğallara əlverişli şərait yaradırdıq”.

 

Ə.Həsənov bildirib ki, Bakı küçələrindən dünən səhərə qədər həvəslə canlı yayım edən bəzi sosial şəbəkə resurslarının və transmilli media aktivistlərinin canfəşanlığından narahat olmamaq mümkün deyildi. Yayımları izlədikcə hiss edirsən ki, onlar öz hərəkətlərində səmimi və vətənpərvər deyillər, qərəzli və məkirlidirlər:

 

“İsteriya içində olan bu qədər insanı şəhərin mərkəzinə, parlamentə kim yönəltdi?”

 

“Küçə və meydanlarda QARABAĞ deyə hayqıran gənclərimizin vətənpərvərliyi insanı qürurlandırır. Bəli, biz son 30-35 ildə həqiqətən vacib tarixi anlara şahidlik edirik, amma vətənpərvərlik həm də nizam-intizamdır, bu gün üçün vacib olan pandemiya normalarına, qanunlara və asayiş keşikçilərinin tələblərinə riayət etməkdir. Əgər dövlətimiz buna ehtiyac duysa, bir millət olaraq biz hamımız cəbhə xəttinə axışarıq, mövzu Vətən taleyi və Vətən torpağıdırsa, o zaman ellikcə ortada durmağı bacarmalıyıq, əlbəttə! Amma bu gün buna ehtiyac varmı?! Biz kortəbii küçə və meydan hərəkatlarının nəticəsini öz üzərimizdə görmüşük axı!

 

Bu gün iqtidarlı-müxalifətli hamı bilir ki, Milli Ordumuz güclü, dövlətimiz möhkəmdir! Gün gələcək, əlverişli bir məqam yaranacaq, müzəffər ordumuz öz şanlı vəzifəsini yerinə yetirəcək, işğal altındakı torpaqlarımızı azad edəcək və qələbə paradında hamılıqca iştirak edəcəyik! Sadəcə bizə bir qədər də səbr və təmkin lazımdır. Bəhruz müəllim tam haqlıdır ki, hazırkı situasiyada sosial mediada daha çox faydalı məsləhətlər, tövsiyyələr vermək mümkündür, nəinki küçələrdə əhalini qızışdırmaq. Hər kəs bilməlidir ki, bu gün kütlənin qapıldığı emossiyaları qızışdıranlar polis maşınını aşırdanlarla eyni dərəcədə məsuliyyət daşıyırlar. Təxribatları xalqın üsyanı kimi qələmə verənlər də elə dünənki yürüşdən canlı yayım edənlər idi. “Meydan.tv”, “Azadlıq radiosu”, “Azad söz” və bu kimi şəbəkə resursları başda olmaqla "sapı özümüzdən olan baltalar"ın canfəşanlıqla tirajladıqları hər bir belə səhnə bütövlükdə dövlətimizin əleyhinədir. Bəs, təxribatçılarla polis arasında qarşıdurma dərinləşsəydi, nə olacaqdı? Günahkar kim olacaqdı? İsteriya içində olan bu qədər insanı, şəhərin mərkəzinə, parlamentə kim yönəltdi? Nizamsız və xaotik hərəkətlər nə zamandan bəri ölkə ictimaiyyəti, aydın şüur daşıyıcıları tərəfindən dəstəklənməyə başlanıb? Maraqlı suallardır, elə deyilmi? Ehtiyac yaranacağı təqdirdə biz bütöv millət olaraq döyüş xəttinə axın da edərik, ellikcə erməninin qarşısına da çıxarıq, amma döyüşün Bakı küçələrinə transfer olunmasına göz yuma bilmərik! Belə cəhd ən böyük xəyanət və belə demək mümkünsə, ermənilikdir!”

 

“Ziyalıları, millət vəkillərini, tanınmış ictimai xadimləri də narahat şəkildə ortada görən olmadı”

 

Ə.Həsənov dünənki kortəbii yürüşlərin hansısa formada nizama salınması istiqamətində hər hansı bir içtimai təşəbbüsə rast gəlmədiyini təəssüflə qeyd edib:

 

“Hörmətli ziyalılarımızı, millət vəkillərini, tanınmış ictimai xadimləri də narahat şəkildə ortada görən olmadı. Harda idilər, efirdə gecə-gündüz belə situasiyaları təhlil edənlər, "kontent"çilər harda idilər? Bəhruz müəllim doğru olaraq qeyd edir ki, “Contentə commentlə yön verməyi bacarmaq üçün onu duymalısan, ictimai həyatın və içtimai davranış psixologiuasının hər hüceyrəsinə bələd olmalısan. Alt qatlarda gedən, gedə biləcək prosesləri hiss etməlisən”.

Hörmətli soydaşlar, mübariz və əzmkar xalq olaraq indi biz daha səbrli və daha təmkinli olmalıyıq. Dövlətimiz və Prezidentimiz indiyə qədər hər bir çətin vəzifənin öhdəsindən gəldiyi kimi, bu nəsnənin də öhdəsindən gələcək İnşAllah! Allah xalqımızı və Prezidentimizi qorusun!”

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi