Milyon dollarlıq xəzinəni gizlədib, axtarış üçün ipucları qoydu - FOTO/VİDEO

11:02 17-07-2020 | icon 466 | Maraqlı
Milyon dollarlıq xəzinəni gizlədib, axtarış üçün ipucları qoydu - FOTO/VİDEO

Ailəlikcə uzun illər zərgərliklə məşğul olan amerikalı Conni Perri müxtəlif yerlərə ümumi dəyəri bir milyon dollar (1 700 000 AZN) olan xəzinə basdırıb, onun axtarışı üçün isə ipucları qoyub.

 

Bu barədə WJBK məlumat yayıb.

 

Bildirilir ki, Conni Perrinin ailəsinə məxsus zərgərlik dükanında satılmayan qiymətli əşyalar Detroytdan Miçiqana kimi onlarla yerdə basdırılıb.

 

O və arvadı xəzinənin basdırılması üçün dörd ay vaxt sərf ediblər.

 

Perrinin seçdiyi yerlər onun həyatının önəmli hadisələri ilə bağlıdır. Bəzi məntəqələrə o, baydarka ilə hərəkət etmək məcburiyyətində qalıb.

 

Məşhur zərgər iddia edir ki, hər bir xəzinədə 4 000 dollar (6 800 AZN) dəyərində brilyantlar, qızıl əşyalar və nadir sikkələr var.

 

Perri xəzinə axtaranlara ipuclarını satmağı düşünür. Xəzinə tapılanda dəyərli əşyalarla birlikdə basdırılan GPS trekin sayəsində bunu öyrənmək mümkün olacaq.

 

İlk xəzinə ovu avqustun 1-də başlayacaq. Zərgər onun tez tapılacağını düşünür.

 

“Axtarışların bir həftədən çox çəkə biləcəyini düşünmürəm”, - deyə o etiraf edib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

96 yaşında universiteti bitirdi - VİDEO

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?