“Azərbaycan gəncliyi Ali Baş Komandanın əmrini gözləyir”

12:34 18-07-2020 | icon 169 | Cəmiyyət
“Azərbaycan gəncliyi Ali Baş Komandanın əmrini gözləyir”

Lalə Zeynalova: "Ermənistanın birinci məqsədi bütün diqqəti Qarabağ işğalından yayındırmaqdır"

 

İyulun 12-dən başlayaraq erməni işğalçı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədib və törətməkdə davam edir. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, işğalçıları geri otuzdurub. Lakin təəssüf ki, bu günə qədər ordumuzun 12 hərbçisi və bir nəfər mülki şəxs şəhid olub.

 

Müdafiə Nazirliyinin cəbhdəki son vəziyyətlə bağlı açıqlamasında Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərindən iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 53 dəfə pozduğu qeyd olunub. Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam etməkdədir.

 

Xarici ölkələrdə yaşayan həmvətənlilərimiz də cəbhədə yaşanan gərginliklə bağlı sosial şəbəkələrdə paylaşımlar edirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlilərimiz informasiya savaşında aktiv iştirak etməklə öz dəstəyini göstərir, Azərbaycan xalqının, Azərbaycan Ordusunun yanında olduğunu dilə gətirir.

 

Versus.Az Polşada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova ilə müsahibəni təqdim edir:

 

 

İstərdim son günlərdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə münasibət bildirəsiniz. Necə düşünürsünüz, ermənilər bu kimi təxribatlarla nəyə nail olmaq istəyir? Bu, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar yaşanan dərin böhranla əlaqəli ola bilərmi?

 

- Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində atəşkəsi pozaraq, Tovuz istiqamətində ordumuza qarşı təxribat törətməsi, dinc əhalini, yaşayış məntəqələrini atəşə tutması fərqli məqsədlər daşıyır. Düşünürəm ki, işğalçı Ermənistanın birinci məqsədi bütün diqqəti Qarabağ işğalından yayındırmaqdır.

Bir növ məsuliyyətdən boyun qaçıraraq, regionda yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Eyni zamanda, işğalçı Ermənistanın bu addımlarına daha bir səbəb strateji tərəfdaş olduğu ölkələrdən belə diplomatik dəstək ala bilməməsidir.

Həmçinin, ölkə daxilində baş verən iqtisadi, siyasi və sosial böhrandan ölkə ictimaiyyətinin diqqətini yayındırmaq, eyni zamanda beynəlxalq aləmdə Azərbaycan Respublikasının apardığı fəaliyyət nəticəsində Valday və Münhen konfranslarında Ermənistan Respublikasının beynəlxalq səviyyədə mövqelərinin ağır vəziyyətə düşməsi, Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərin heç bir dövlət tərəfindən tanınmaması ilə ölkənin nüfuzunun aşağı düşməsi kimi məsələləri ört-basdır etməkdir.

Paşinyan belə bir məqamda Ermənistan-Azərbaycan sərhədində təxribata başlamaqla, təbii ki, diqqəti daxili problemlərdən yayındırmağa çalışır. Öz hakimiyyətinin ömrünü uzatmaq arzusundadır, amma bu arzusu da ürəyində qalacaq.

 

- Aprel döyüşləri zamanı istər texnika, istərsə canlı qüvvə sarıdan verdikləri çoxsaylı itkilər onlara dərs olmadı. Bu dəfə də Azərbaycan Ordusunun adekvat cavab atəşi nəticəsində düşmən tərəf çoxsaylı itkilər verir.

 

 

Məsələnin digər bir tərəfi də elə budur. Onların Azərbaycan kimi dövlətlə mübarizə apara biləcək nə ordusu, nə idarəçiliyi var. Tarixi belə olmayan bir toplum Azərbaycan kimi ölkə ilə hansı mübarizədə qalib gələ bilər?

Aprel döyüşlərində işğalçı Ermənistan ordusuna layiqli cavab verildi və böyük itkilərlə məğlubiyyətə uğradıldı. Amma təəssüf ki, bu təxribatlarından əl çəkmirlər. Bilsinlər ki, Azərbaycan öz doğrularından, Azərbaycan əsgəri də öz torpaqlarından bir addım da olsa, geri çəkilməyəcək. Vətən sərhəddən başlayır!

 

- Azərbaycan Ordusunun qəhrəman general-mayoru Polad Həşimov iyulun 14-də döyüş zamanı əsgərlərini tək qoymayıb və cəbhənin ön xəttində şəhid olub. Şəhidlərimiz Azərbaycan gəncliyi üçün vətənpərvərlik nümunəsidir.

 

 

- Bu xəbər bizi çox üzdü. Düşünürəm ki, Azərbaycan Ordusunda yaxın illər ərzində gedən döyüşlərdə şəhid olan ilk generalımızdır. O

nun barəsində əsgərlərin, hərbçilərin, sosial şəbəkələrdə insanların paylaşdıqlarını oxumaq, ona olan sevginin gücünü görmək bizi fərəhləndirir. Əsgərlərinə olan münasibəti qürurverici olub. Onun şəhidlik zirvəsinə ucalması isə bütün Azərbaycan gəncliyinin vətənpərvərlik hissini qat-qat alovlandırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

- Polşada yaşayan həmvətənlərimiz, bir sıra qurumlar rəsmi bəyanatlar verib. Necə düşünürsünüz, hərbdə olduğu kimi, informasiya müharibəsində də irəlidə olmaq üçün hansı addımlar atılmalıdır?

 

 

- Şübhəsiz ki, indi müharibə yalnız cəbhədə deyil, həm də informasiya müstəvisində davam edir. Təsadufi deyil ki, işğalçi ölkə bu proseslər zamanı sosial şəbəkələrdəki imkanlardan istifadə etməklə coxsaylı təxribata yol verdi.

Onlar bu kimi cılız dezinformasiyalar yaymaqla, Azərbaycan ordusunun döyüş qabiliyyətini azaltmağa, Azərbaycan əhalisi arasında çaşqınlıq və ruh düşkünlüyü yaratmağa çalışdılar.

Lakin Azərbaycan dövlətinin və Azərbaycan gəncliyinin sosial mediada aktiv fealiyyəti, “Facebook” və “Twitter” platformaları üzərindən başlatdığı kompaniyalar ermənilərin bu cəhdinin də baş tutmasına imkan vermədi.

İşğalçı Ermənistan yaratmaq istədiyi informasiya çirkinliyi ilə dünya ictmaiyyətini aldatmağa, həqiqətə uyğun olmayan məlumatları tirajlamağa çalışırdı, lakin gənclərimizin müxtəlif dillərdə gecə-gündüz apardığı informasiya savaşı ermənilərin bu arzusunu ürəyində qoydu.

 

Paşinyan öz səriştəsiz idarəçiliyi ilə yaratdığı problemləri bu yolla gündəmdən çıxara biləcəkmi?

 

 

- Hesab edirəm ki, Paşinyan Azərbaycan sərhədlərində təxribat törətməklə gündəmi dəyişməyə çalışır. Söhbət Ermənistan daxilində böhran və iğtişaşlardan gedir. Nəticə verəcəkmi? Əlbəttə ki, xeyr. Pandemiya dövründə Emənistan daxilində vəziyyət daha da sərtləşib. Çünki Ermənistan dərin siyasi-iqdisadi böhran dönəmi yaşayır. Paşinyanın bu cür avantürist siyasəti ilə məsələni gündəmdən yayındırmağa müvəffəq olmayacaq.

Bununla yanaşı, törətdiyi təxribat nəticəsində ordusunun çoxsaylı texnika və canlı qüvvəsinin məhv edilməsi onu daha da çıxılmaz vəziyyətə saldı. Uğursuz siyasəti və addımları öz əleyhinə işləyir. Azərbaycan ordusu Ermənistana ağır zərbələr vurmaqda davam edir.

Bunun nəticəsidir ki, artıq Ermənistanda əhali kütləvi aksiyalara başlayıb. Ermənistan artıq Paşinyandan döyüşlərdə qeydə alınan, Azərbaycan ordusunun darmadağın etdiyi və hakimiyyətin toplumdan gizlətdiyi itki sayının açıqlanmasını tələb edir.

 

- Bu gün minlərlə insan orduda könüllü xidmət üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Sizcə, Ermənistan azərbaycanlılarda olan ruh yüksəkliyindən qorxurmu?

 

 

- Azərbaycan gəncliyi daim Azərbaycanın bütovlüyü uğrunda döyüşməyə hazır olub. Cənab prezidentin son çağırışı isə gənclər üçün növbəti səfərbəyliyin elanı oldu. Minlərlə Azərbaycan gənci hərbi komissarlıqlara könüllü olaraq cəbhə bölgəsinə getmək istədiyini bildirib.

Xaricdə yaşayan gənclər də Azərbaycan səfirliklərinə müraciət edərək, vətənimizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazir olduqlarını bildirdilər. Bu, bir daha həm Ermənistan, həm də onu himayə edən dövlətlər üçün mesaj olmalıdır.

Azərbaycan gəncliyi Ali Baş Komandanın əmrini gözləyir. Polşada yaşayan azərbaycanlılar ordumuza güvənir, duaları ordumuzun yanındadır. Şəhidlərimizə tanrıdan rəhmət, yaralı əsgərlərimizə şəfalar diləyirik. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi