Məhkəmə Milli Məclisin binasında ixtişaş törədənlərlə bağlı qərar verdi

12:42 18-07-2020 | icon 162 | Hadisə
Məhkəmə Milli Məclisin binasında ixtişaş törədənlərlə bağlı qərar verdi

Bakıda Milli Məclisin qarşısında ixtişaşlar törətməkdə ittiham olunan Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Versus.Az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda Elçin Məmmədovun barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda İlkin Əliyevin, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda Müşfiq Vahabovun, hakim Ceyhun Tağıyevin sədrliyi ilə baş tutan iclasda isə Səbuhi Mustafayevin barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

İstintaq orqanı tərəfindən olunan Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

 

Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI