“Belə hallarda diaqnoz qoymaq olduqca çətin olur”

18:01 18-07-2020 | icon 500 | Sağlamlıq
“Belə hallarda diaqnoz qoymaq olduqca çətin olur”

Nərminə Abbasova: “İnfeksiyanın yayılmasının qarşısını almaq üçün çimmək qadağan olunur”

 

“El arasında deyirlər ki, suçiçəyini uşaq vaxtı çıxarmaq yaxşıdır, çünki yaşlananda daha ağır keçir. Amma çoxları kəmərləyici dəmrov xəstəliyini yaradan əsas səbəbin məhz uşaqlıqda çıxarılan suçiçəyi olduğunu bilmir”.

 

Bu sözləri Versus.Az-a Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA Kəmərləyici dəmrov xəstəliyi ilə bağlı danışarkən deyib.

 

N.Abbasova bildirib ki, Kəmərləyici dəmrov – Herpes zoster – suçiçəyi infeksiyasını törədən virusla əlaqədar inkişaf edən infeksion xəstəlikdir:

 

Bu virus Herpes ailəsinə aiddir. Uşaqlıqda keçirilmiş suçiçəyindən sonra bu virus orqanizmdə qalır. Emosional stress, onkoloji xəstəliklər, kimyəvi müalicələr, uzun müddətli hormonal və immunodepressiv müalicə kimi immun müqaviməti zəiflədən hallar zamanı on illərlə “mürgüləyən” Herpes infeksiyası fəallaşır və kəmərləyici dəmrovun inkişafına rəvac verir. Hansı yaşda olmasından asılı olmayaraq suçuçəyi keçirən insan kəmərləyici dəmrova potensial namizəd sayılır. Xəstəliyə əsasən 60 yaşdan yuxarı olanlarda rast gəlinir. Xəstə ilə əlaqəsi olan uşaqlarda isə suçiçəyi infeksiyası inkişaf edir”.

 

Həkim-terapevtin sözlərinə görə, kəmərləyici dəmrovun bir neçə forması var. Bunlar dəri, göz və qulaq, qanqrenoz (nekrotik), vegetativ qanqlionların zədələnməsi ilə gedən, meninqoensefalitik, disseminə olunmuş (yayılmış) formalardır:

 

 

“Ən çox xəstəliyin dəri forması yayılıb. Xəstəlik kəskin şəkildə halsızlıq, qızdırma, səpgilər əmələ gələcəyi nahiyədə zəif qaşınma və güclü yandırıcı ağrı ilə başlayır. Adətən həmin mərhələdə ağrının səbəbi aydın olmur. Sinirlərin istiqaməti boyu 3-5 santimetrlik çəhrayı ləkələr, səpgilər əmələ gəlir. Təxminən bir sutkadan sonra onların fonunda içi şəffaf maye ilə dolu qovuqcuqlar (vezikullar) yaranır. Səpgilər ən çox döş qəfəsinin dərisində yaranır və kəmərləyici xarakter daşıyır. 2-4 həftə ərzində qovuqcuqların üzərində əmələ gələn sarımtıl-qəhvəyi qartmaqlar quruyur və qopduqdan sonra yerində piqment ləkələr qalır. Adətən ağrı çox güclü olur, azacıq toxunma, hərəkət və soyuğun təsiri zamanı artır. Səpgilər əmələ gəldikdən sonra ağrıların intensivliyi nisbətən azalır, lakin həftələr və aylarla davam edir. Nadir hallarda xəstəlik səpgisiz, yalnız intoksikasiya və ağrı ilə özünü göstərir. Belə hallarda diaqnoz qoymaq olduqca çətin olur”.

 

Həkim deyir ki, Kəmərləyici dəmrovun göz formasının gedişatı olduqca ağırdır və üçlü sinirin zədələnməsi ilə müşayiət olunur. Onun sözlərinə görə, səpgilər üçlü sinirin şaxələri boyu yayılır, gözün və burunun selikli qişasında, üz dərisində lokalizasiya olur. Çox vaxt göz alması da zədələnir, virus keratiti, bəzi hallarda irit və qlaukoma inkişaf edir.

 

Qanqrenoz formanın adətən orqanizmin müqaviməti çox zəifləyən zaman müşahidə olunduğunu, dərinin dərin zədələndiyini və nekrozla nəticələndiyini deyən Nərminə xanım onu da vurğuladı ki, Meninqoensefalitik kəmərləyici dəmrova nadir hallarda rast gəlinir və ağır forma hesab olunur:

 

 

“Dəri əlamətləri ilə başlasa da, bir neçə gündən sonra meninqoensefalit əlamətləri – ataksiya (müvazinətin pozulması), hallüsinasiya, huşun alaqaranlıqlaşması inkişaf edir.

Herpes zoster QİÇS infeksiyasının ilk əlamətlərindən biri ola bilər. Belə immundefisitli xəstələrdə infeksiya daha ağır keçir, yayılmış forma üstünlük təşkil edir. Səpgilərin xarakteri suçiçəyini xatırladır, yaranma müddəti bir həftəyə qədər uzanır, quruması üçüncü həftəyə çəkir.

Hərəki sinirlər zədələndikdə iflic, həmçinin pnevmoniya, hepatit, onikibarmaq bağırsağı və sidik kisəsinin zədələnməsi ilə ağırlaşa bilər. Üçlü sinirin və gözlərin müxtəlif dərəcəli zədənməsi müşahidə oluna bilər”.

 

Həkim-terapevt qeyd etdi ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəlik başlayandan səpgilər qabıqlanana qədər çimmək qadağan olunur. Onun sözlərinə görə, xəstəliyin ilk günlərində intoksikasiya və ağrını azaltmaq, infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülür:

 

 

“Virus əleyhinə, ağrıkəsici, immunstimulyator və vitamin preparatları təyin olunur, dərinin səpgi olan nahiyələri antiseptik və virus əleyhinə məlhəmlərlə işlənir. Səpgilər quruyanadək hər gün bir dəfə brilliant yaşılı ilə işlənir”.

 

Həkim deyir ki, dəmrovun müalicəsində xalq təbabəti üsullarından da istifadə olunur. Bildirdi ki, bu üsullardan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

 

 

 

DİQQƏT!

 

Əgər Kəmərləyici dəmrov xəstəliyindən əziyyət çəkirsinizsə, müalicə olunmaq üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI