Azərbaycanlı qaçqın-köçkün jurnalistləri dünya jurnalistlərinə müraciəti yayıldı

10:08 19-07-2020 | icon 105 | KİV
Azərbaycanlı qaçqın-köçkün jurnalistləri dünya jurnalistlərinə müraciəti yayıldı

Azərbaycanlı qaçqın-köçkün jurnalistlər dünya jurnalistlərinə müraciət edib.



Müraciət öncə “The Global” jurnalında dərc olunub. Sabah isə müraciət bütün ölkələrin medisında yer alacaq. 

Versus.az müraciəti olduğu kimi təqdim edir:



"Dəyərli həmkarlar! Hər şeydən öncə həmkarlarınız olaraq eyni məslək sahibi kimi obyektivliyinizə güvənib Sizə müraciət edirik. Çağdaş dünyamızda güvəniləcək tək məslək sahibləri jurnalistlər qaldı. Daha hansısa beynəlxalq təşkilata, hansısa super gücə inam yoxdur. Şəxsi yaşantılarımızla bunları görməkdəyik. 



Ötən əsrin 90-ci illərindən başlayaraq Ermənistan mənfur güclərin dəstəyi ilə Azərbaycanın torpaqlarının 20 faizini, Xankəndi, Ağdərə, Şuşa, Xocalı, Laçın, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrini, Qazax və Naxçıvanda isə xeyli yaşayış məntəqələrini işğal edib. Nəticədə günahsız insanlar qətlə yetirilib, girov götürülüb, evlərindən didərgin salınıb. 


1993-cü il fevralın 25-dən 26-a keçən gecə dünyanın gözü qarşısında Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı aktı törədilib. Bütün bunlar danılmaz faktlardır. 



Bu gün də bu işğal davam edir. Təsəvvür edirsinizmi, hətta bütün dünya koronavirusla mücadilə verərkən Ermənistan hərb maşını bundan sui-istifadə edərək sivil insanlarımızı belə qətlə yetirir. 



Ermənistan Azərbaycanın tarixi torpaqlarına iddia edir, ancaq soruşmaq lazımdır, işğal etdikləri ərazilərdə işğaldan öncə bir erməni jurnalist doğulubmu? Təbii ki, xeyir! Çünki həmin ərazilər Azərbaycanındır, həmin yerlərdə azərbaycanlılar yaşayıb. Bu gün işğal altındakı həmin Azərbaycan bölgələrində doğulan 300-dən çox azərbaycanlı jurnalist var.

Dəyərli məsləkdaşlar! Sülhün bərqərar olmasında biz jurnalistlərin üzərinə böyük yük düşür. Məsləkinə sadiq hər bir jurnalist haqqın tərəfində olur. Sizdən ricamız odur ki, əlinizi ürəyinizin üstünə qoyun, Azərbaycana baxın, hər biriniz zaman ayırıb bizim, Sizin həmkarlarınızın üzləşdiyi problemlərlə bağlı tək bir material hazırlayın. Öz insanlarınıza, öz dövlət, hökumət adamlarınıza çatdırın ki, Ermənistan işğalçıdır, Azərbaycanın torpaqlarını işğal edib, dinc insanları qətlə yetirir. Hər birinizin bizimlə, öz jurnalist həmkarlarınızın problemləri ilə bağlı bir material hazırlamaq borcunuz var. Öz doğma evimizə qayıtmaq haqqımızın dünyaya çatdırılmasında bizə yardımçı olun. Axı Siz jurnalistsiniz. Siz doğrunun yanındasınız, haqqın bərpasının tərəfdarısınız. Bizə tapdalanmış haqlaırımızın, hüquqlarımızın bərpasında yardımçı olun. Qoy, jurnalistika qələbə çalsın. Qoy, jurnalistlərin qoruduğu haqq-ədalət bərqərar olsun. Qoy, 300-dən çox həmkarınız öz evlərinə qayıtsın! Qoy, biz də öz ata-babalarımızın qəbirlərini ziyarət edə bilək. Dünyanın harasında yaşamasından asılı olmayaraq, jurnalist kimi çalışan dost, səsimizə səs ver!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda