Yeni doğulan körpələrə POLAD adı verilir - Generalın şərəfinə...

11:13 19-07-2020 | icon 188 | Mədəniyyət
Yeni doğulan körpələrə POLAD adı verilir - Generalın şərəfinə...

Neçə gündür böyüklü-kiçikli hər kəs iyulun 14-də cəbhənin Tovuz istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla həlak olmuş general-mayor Polad Həşimovdan danışır. Onun haqqında yazılanları oxuduqca, deyilənlərə qulaq asdıqca, həm də fəxr edirsən, həm də yanıb-yaxılırsan... 



Qürurlanırsan ki, Ordumuzun belə general-mayoru varmış... Təəssüflənirsən ki, axı niyə belə bir qəhrəman oğulu tez itirdik... 


Onun haqqında danışılanları eşitdikcə, itkinin miqyasını sözlə ifadə etməyə çətinlik çəkirsən... 



Xidməti, fəaliyyətilə əsgərlərinin qəlbini fəth edən belə bir general hələ ölməməliydi... O, Qarabağın işğaldan azad edildiyi günü görməliydi... Təəssüf, min kərə təəssüf... Belə oğullar Vətənə, xalqa çox gərəkdir...



İlahi, Polad Həşimov insan kimi necə böyükmüş, necə əzəmətliymiş... Biz sözün əsl mənasında, Qəhrəman itirmişik. O, müstqil Azərbaycanın tarixində həmişəlik yaşayacaq... Milli Qəhrəman adına haqq edən Şəhid General kimi... Qarabağ müharibəsi başlayandan bəri döyüş şəraitində şəhid olan ilk general kimi... Döyüş zamanı müdafiənin ön xəttində olan Polad Həşimov sübut etdi ki, Azərbaycan Ordusunda generallar da əsgərlərlə bir çərgədə, ön sırada düşmənə qarşı vuruşur... O, “döyüşə ancaq əsgərlər gedir” stereotipini darmadağın etdi...



Tariximiz tarix yenilənir, qəhrəmanlarımızın adlarının sırası genişlənir. Bu səbəbdən artıq cəmiyyətdə  yeni adların kütləviləşməsinin, sevildiyinin şahidi oluruq. 



Gedişat göstərir ki, Polad da belə adlardan biri olacaq...


Müşahidələrə görə, son günlər yeni valideyn olan xeyli gənc ata-ana körpə oğlanlarına Tovuz döyüşlərinin qəhrəmanının şərəfinə Polad adı qoyurlar... Bu adı seçənlər indi dünyaya gələn oğlan uşaqlarınım böyüyəndə Polad Həşimov kimi qəhrəman olmağını istəyirlər... Afərin!.. /modern.az/

 

Versus.Az

Beləliklə, Azərbaycan cəmiyyətində kütləviləşən adlar sırasına daha bir ad əlavə olunur – POLAD... Biz bir Poladı itirdik. Minlərlə Poladlar doğulacaq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA

Livan ermənilərinin Dağlıq Qarabağa gətirilməsi cəhdinə RƏSMİ münasibət

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO