Professor İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü - FOTO

12:55 19-07-2020 | icon 189 | Cəmiyyət
Professor İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü - FOTO

Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından yeddi gün keçir.

 

Versus.Az xəbər verir ki, bu gün keçirilən mərasimdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edib.

 

Şəhidinizin məzarı ziyarət edilib, ailəsinə başsağlığı verilib.

Rauf Arifoğlu şəhidimizin atası Dönməz Məmmədovla söhbət edib, problemləri ilə maraqlanıb.

 

Rauf Arifoğlu Musavat.com-a deyib ki, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun yeddi aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.

 

Bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, mexanizmi müzakirə edilib.

 

Həmçinin Rauf Arifoğlu bildirib ki, İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?