“Bəzi media qurumları fikirlərimi kobud şəkildə təhrif edib” - VİDEO

15:04 19-07-2020 | icon 154 | Siyasət
“Bəzi media qurumları fikirlərimi kobud şəkildə təhrif edib” - VİDEO

Yaşar Aydəmirov: "Gələcəkdə də belə məsələlərə həssaslıqla yanaşılacağına ümid edirəm”

 

“Mənim media orqanlarından birinə verdiyim müsahibə zamanı səsləndirdiyim fikirlər ümumi konteksdən çıxarılaraq təhrif olunmuş şəkildə digər media orqanlarında yayılıb. Belə ki, Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olanlar, xüsusilə general-mayor Polad Həşimovun şəhid olması ilə bağlı mənə aid olmayan güman və mülahizələr adımdan ictimaiyyətə təqdim edilib”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

 

“Dövlət rəhbərliyi tərəfindən dəfələrlə hərbi mövzuya həssaslıqla yanaşılması, bununla bağlı qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyinə baxmayaraq, hələ də bu mövzudan yazarkən bilərəkdən və ya bilməyərəkdən qeyri-dəqiqliyə və səhlənkarlığa yol verənlər tapılır.

 

Hazırda müharibə şəraitində yaşadığımızı, xüsusilə son günlər cəbhədə baş verən gərginliyi və düşmən qüvvələrin bu kimi təhrif olunmuş məlumatlardan öz pis niyyətli əməllərində istifadə edəcəyi ehtimalının diqqətə alınmalı olduğunun vacibliyini hesab edirəm.

 

Mətbuatda mənim adımdan bu mövzuda gedən yazıların və ya məqalələrin həqiqətə uyğun olmadığını, fikirlərimin təhrif edildiyini nəzərə alaraq, bütün media qurumlarından bu yazıların saytlardan çıxarılmasını xahiş edirəm. Gələcəkdə də belə məsələlərə həssaslıqla yanaşılacağına ümid edirəm”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Livan ermənilərinin Dağlıq Qarabağa gətirilməsi cəhdinə RƏSMİ münasibət

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO

“Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

Tovuzun kəndləri yenidən atəşə tutuldu

Mehriban Zeynalova hökmlə razılaşmır

“Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”

“Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitab qadağan edildi - FOTO

Dünyanın ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsi qurulacaq

Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular

Quyu qazan kəndli tarixi nümunələr tapdı