Bir qrup deputat Tovuz və Ağstafa rayonlarında şəhid ailələrini ziyarət ediblər

17:03 19-07-2020 | icon 183 | Siyasət
Bir qrup deputat Tovuz və Ağstafa rayonlarında şəhid ailələrini ziyarət ediblər

Razi Nurullayev: "Ermənistan bilsin ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib"

 

Bir qrup deputat Tovuz rayonuna gedərək Tovuz və Ağstafa rayonlarında şəhid ailələrini ziyarət ediblər. Deputatlar Parlamentin sədri Sahibə xanım Qafarovanın və rəhbərliyin razılığı ilə gəldiklərini bildiriblər və xanım sədrin və rəhbərliyin başsağlığını çatdırıblar.

 

Versus.Az xəbər verir ki, millət vəkili Razi Nurullayev bununla bağlı "facebook" səhifəsində paylaşım edib.

 

"Tovuzun Ağdam kəndində olduq. Qəhrəman insanları gördük. Tovuzun icra başçısı Məmməd Məmmədov bizi bütün yerlərə müşaiyət etdi. Aqstafa icra başçısı Seymur Orucovla söhbətləşdik. Dörd şəhid ailəsini ziyarət etmək üçün imkanlar yaratdı. Sağ olsunlar.

Səfərdə iştirak edən hər bir deputat - Məşhur Məmmədov, Rüfət Quliyev, Vüqar Bayramov, Elnur Allahverdiyev, Vüqar İsgəndərov, Soltan Məmmədov, Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev şəhid ailələrinə təsəlli verdilər və dövlətin hər zaman onların yanında olduqlarını dedilər.

Bacımız və həmkarımız Qənirə xanıma sağ ol deyirik ki, gecə-gündüz buradadır və qadınlığına baxmayaraq cəsarət və mətanətlə vətəndaşların, hərbiçilərin arasındadır.

Hərbi hospitalı da ziyarət edib şəraitlə tanış olacağıq. Azərbaycanın bütün hərbi strukturu müharibə etmək üçün də hazırdır. İstər hərbi texnika, istərsə canlı qüvvə, istərsə də hərbi qospital və xəstəxanalar baxımından. Qoy Ermənistan bilsin ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib və şəhidlərin qanını yerdə qoymayıb və qoymayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində...

Deputatın təşəbbüsü ilə 2000-dən çox maska Tovuza göndərildi

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

Lukaşenko Belarus xalqına müraciət edib - VİDEO

İdmançımız dünyanın 20 ən güclüsü siyahısında

Keçmiş Baş prokuror başsağlığı verdi

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir - FOTO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

“Sumqayıt” məşqçisi ilə yollarını ayırdı

“Azərbaycan xalqı bu işğalın dərhal sona çatdırılmasını, beynəlxalq hüququn bərqərar olmasını tələb edir” - MÜSAHİBƏ

“Kral klubu” 18 yaşlı müdafiəçi üçün 45 milyon avrodan keçməyə hazırdır

Hafiz Hacıyev Fəttah Heydərovun vəfatı ilə əlaqədər başsağlığı verirb

İbtidai siniflərdə dərslər başlayacaq

“Yaşıl Ada”da əxlaqsızlıq yuvası

Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırır

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?