İlqar Altaydan Qənirə Paşayevanı qaralayanlara XƏBƏRDARLIQ

09:01 20-07-2020 | icon 397 | Siyasət
İlqar Altaydan Qənirə Paşayevanı qaralayanlara XƏBƏRDARLIQ

Bu cür saxta, aşağılayıcı məlumatın təşkil və yayımı ictimai nüfuza ciddi xələl gətirən cəzalı inzibati xətadır

 

 

 

 

 

İLQAR ALTAY
/
hüquqşünas/

 

Vicdan defisiti insanda qərəzin təzahürü ilə üzə çıxır

 

Neçə gündür, bu məsuliyyətli anda səfərbərliyə yazılaraq, Qarabağda erməni düşmənlə döyüşə hazır olduğunu bildirməli olan, bunu da etmirsə hər imkan-fürsətdən istifadə edib də ordumuza dəstək verməli olan bəzi kişilər (qadınlar deyil), düşüblər erkək kişilərin əvəzində orduya, döyüş bölgəsindəki yerli camaata dəstək verən qadını qaralamağa. Milli Məclisin, ən aktiv qadın üzvü Qənirə Paşayevanın tərs şəklini yayıb qıy vurub, car çəkməklə ki, gah sağ, gah sol qolu zədəlidir.

 

İlk zaman bir-iki kişi bu saxta montajı paylaşdı, dedim ötər, keçər. Ötmədi, keçmədi, kütləvi, xor ilə bu, yüngül desək, yaraşmayan tiraja getdilər.

 

Əvvəla, bilməyən vətəndaşlarımıza onu bildirim ki, Qənirə xanımın sol qolu zədəli kimi görsənən şəkli selfi formatdır, ancaq selfi çəkənin kamera döndərməsi açıq, aktiv, güzgü effektli qalıb, tərs çəkib. Arxadakı maşının nömrəsi də tərs düşüb.

 

Ìkincisi, ictimai, ya siyasi, ya vəzifə mövqeyindən asılı olmayaraq hər kəs üçün, xüsusən də kişilər üçün vicdansızlıq qədər ayıbdır kimisə, xüsusən də ki, qadını haqsız qaralama ləkələmə cəhdləri. Vicdan defisiti insanda qərəzin təzahürü ilə üzə çıxır. Qərəz isə rahat və insafsızcasına həqiqəti qaralayır. Həqiqət isə budur ki, Qənirə xanım bu Milli Məclis içindəki 125 deputatdan 5-3 ən zəhmətkeş, aktiv, seçildiyi ərazinin əhalisinə açıq, əlaqəli və qayğılısından birisidir. Bu faktdır, camaat təsdiq edir. Milli-vətənpərvərdir, ölkə və xaricində. Həm də ümumi türkçülüyümüz üçün fəaliyyəti böyük! Daha nə lazımdır, Milli Məclisdə bəzi kişilərin mikrafon alıb, kresloda tənbəl yayınaraq populist və indiyədək heç bir əməli nəticəsiz, boş söz-söhbətindənsə, deputat qadının əməli xeyirxah fəaliyyəti pisdir?

 

Üçüncüsü, bunu deyəndə deyəcəklər İlqar Altay hüquq-mühafizə orqanlarına hədəf göstərir, yox, deməyəndə, qınaqsız da belə cür hərəkətlər çox vaxt adi hal kimi baş alıb gedir. Qadın Milli Məclis üzvü, istənilən ictimai, ya qeyri-ictimai şəxs haqqında bu cür yalan, saxta, aşağılayıcı məlumatın təşkil və yayımı təhqir və ictimai nüfuza da ciddi xələl gətirən cəzalı inzibati xətadır. Bu, konkret halda isə üstəlik, çətin müharibə şəraitində əsgərlərin döyüş və xalqın vətən-müdafiə ruhunu zədələyə bilən, zərərli antitəbliğat əməlidir.. Diqqətli olaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI