Yer kürəsində daha bir okean yarana bilər

09:41 20-07-2020 | icon 102 | Maraqlı
Yer kürəsində daha bir okean yarana bilər

Gələcəkdə Yer kürəsində yeni – beşinci okeanın yarana biləcəyini proqnozlaşdırırlar.

 

“NBC News” xəbər verir ki, tədqiqatçıların fikrincə, təxminən 5-10 milyon il sonra Afrikanın şərqində tektonik sınma baş verəcək və qitə yarıya bölünəcək.

 

Qitənin Efiopiyanın Afar regionundakı bu hissəsi üç tektonik layın birləşdiyi nöqtədə yerləşir və həmin laylar tədricən bir-birindən aralanır. 2005-ci ildə regionda uzunluğu 56 kilometrə çatan iri çat yaranıb.

 

Alimlər hesab edirlər ki, son nəticədə həmin çat Afrikanı iki yerə böləcək və yeni okean üçün hövzə peyda olacaq.

 

“Bu, Yer kürəsində yeganə yerdir ki, kontinental riftin okeanik riftə çevrilməsini əyani şəkildə öyrənmək mümkündür”, - Böyük Britaniyadakı Lids Universitetinin professoru Kristofer Mur deyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?