Deputat partiyasının qurultayına hazırlaşır

11:19 20-07-2020 | icon 242 | Siyasət
Deputat partiyasının qurultayına hazırlaşır

Razi Nurullayev: "Biz yeni format, yeni istək və yeni yanaşma ilə təşkilatlanmaq, güclü partiyaya çevrilmək qərarı verdik"

 

"2015-ci il 17 oktyabrda AXCP-nin etimad qurultayı keçirildi və mən sədr seçildim. Əli Kərimlinin başçılığı altında da qurultay keçirildi və o da AXCP sədri seçildi. Azərbaycanda iki AXCP oldu və bu günə qədər də davam etməkdədir. Nə baş verir versin, ən çox bizim əziz cəbhəçilərimiz və hərəkatçılarımız bundan zərər görür".

 

Versus.Az xəbər verir ki, bunu AXCP-nin Qurultaya hazırlaşması ilə bağlı açıqlamasında deputat Razi Nurullayev bildirib.

 

Partiyanın sədri vurğulayıb ki, Nizamnaməyə görə qurultay keçirilməlidir, lakin məlum pandemiya səbəblərindən bu mümkün olmadı və bir az gecikməli oldular. O, onlayn Qurultay keçirmək qərarına gəldiklərini və artıq vaxt təyin edildiyini qeyd edib:

 

"Bildiyiniz kimi, bu zaman müddətində ağrılı günlər keçirmişik, məşəqqətlər yaşamışıq. Hamı elə bilirdi ki, iqtidar məni AXCP kimi tanıyacaq, bu planlaşdırımış məsələdir və sair o qədər fikirlər deyildi ki. Nəticədə isə elə iqtidar nümayəndələri də Əli Kərimliyə AXCP sədri deməkdə davam etdilər. Bir dəfə də olsun AXCP-nin Əli Kərimli və Razi Nurullayev qanadı da demədilər. Nə etmək olar, qismətdən artıq yemək olmaz, taleyi də, alın yazısını da dəyişmək olmur".

 

R.Nurullayev bu müddətdə uğursuz olmadıqlarını da bildirib:

 

"Biz 2018-ci il Prezident seçkisində iştirak etdik, 2020-ci ilin növbədənkənar Parlament seçkilərində müstəqil olaraq, amma partiyanın gücü ilə iştirak etdik və mandata sahib olduq. Bütün bunlar artıq bizim keçmişimiz və tariximizdir.

Biz yeni format, yeni istək və yeni yanaşma ilə təşkilatlanmaq və güclü partiyaya çevrilmək qərarı vermişik. Bu məsələlər partiya qurultayının müzakirəsinə çıxarılacaq və müvafiq qərarlar veriləcək".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi