Tərtərdə ağır qəza - VİDEO

16:41 20-07-2020 | icon 246 | Hadisə
Tərtərdə ağır qəza - VİDEO

Tərtərdə ikisi qadın olmaqla, səkkiz nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Baku TV xəbər verir ki, hadisə Hindarx - Tərtər - Boluslu avtomobil yolunun Tərtərin Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Hindarx istiqamətində hərəkətdə olan “Hyundai” markalı minik avtomobili ötmə əməliyyatı edərkən qarşıdan gələn “Chevrolet” markalı maşınla toqquşub. Nəticədə, ikisi qadın olmaqla, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Qadınlar yüngül xəsarət aldıqları üçün evə ambulator müalicəyə buraxılıblar.

 

Digər yaralılar - Tərtər rayon sakinləri - 26 yaşlı Elşən Əlizadə, 27 yaşlı Elturan Əlisoy, 31 yaşlı Hüseyn Hüseynov, Bərdə rayon sakini, 29 yaşlı Sahil Almasov, Yevlax rayon sakini, 31 yaşlı İslam Nəbiyev, Mingəçevir şəhər sakini, 24 yaşlı Arzuman Atayev Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

 

Onlardan üçünün vəziyyəti ağır olduğu üçün biri Bakıya, ikisi isə Gəncə şəhərinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO