"Bəhram Bağırzadənin vəziyyəti orta-ağır olaraq qalır"

18:36 21-07-2020 | icon 255 | Mədəniyyət
"Bəhram Bağırzadənin vəziyyəti orta-ağır olaraq qalır"

“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır olaraq qalır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

 

O bildirib ki, Əməkdar artist son bir həftə ərzində aktiv hərəkət edir, gəzir, danışır:

 

“Huşu aydındır. Son həftə ərzində spontan tənəffüsdədir. Fəaldır. Palatada və reanimasiya şöbəsinin dəhlizində gəzir.

Ötən gün axşam saatlarında bizi narahat edən məqam bədən hərarətinin artması olub. Bunu nəzərə alaraq, aparılan müalicəyə müəyyən əlavələr edilib”.

 

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?