Gənclər Fondu və KİVDF Milli Mətbuat gününə həsr olunmuş birgə onlayn konfrans keçirib

18:49 21-07-2020 | icon 108 | KİV
Gənclər Fondu və KİVDF Milli Mətbuat gününə həsr olunmuş birgə onlayn konfrans keçirib

Gənclər Fondu və KİVDF Milli Mətbuat gününə həsr olunmuş birgə onlayn konfrans keçirib.

 

Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə bu gün Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.

 

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və KİVDF-in icraçı direktoru Əhməd İsmayılovun çıxışları ilə başlayan konfrans Vüqar Zifəroğlu, Rəşad Məcidov və Akif Aşırlı kimi peşəkar jurnalistlərin çıxışları ilə davam edib.

 

KİV nümayəndələrinin və jurnalistika ixtisası üzrə təhsil alan yüzlərlə gəncin qoşulduğu görüşdə çıxış edən jurnalistlər bildiriblər ki, bu il 145 yaşını qeyd edən, görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız çətin və şərəfli inkişaf yolu keçərək, bu gün də özünün ən yaxşı ənənələrini davam etdirir, cəmiyyətimizin inkişafına, xüsusilə gənc nəslin tərbiyəsində öz əhəmiyyətli töhfəsini verir.

 

Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edən qonaqlar, bu gün Azərbaycan mətbuatının qarşısında duran vəzifələr, informasiya əsrində, beynəlxalq münasibətlərin tərkib hissəsinə çevrilmiş informasiya müharibəsi dövründə jurnalistlərin üzərinə düşən məsuliyyət barədə maraqlı fikir mübadiləsi aparıblar.

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü ölkəmizdə geniş qeyd edilir. Yubiley tədbirləri, tətbiq edilən karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi