“Yenidən sərt karantin vətəndaş üçün fəlakət olacaq”

19:06 21-07-2020 | icon 416 | Siyasət
“Yenidən sərt karantin vətəndaş üçün fəlakət olacaq”

DEPUTAT: "Karantini qaldırmaq, rayonlara gediş-gəlişi açmaq zərurətdir"

 

“Vətəndaşların, biznesin, sahibkarların vəziyyətinin günü-gündən ağırlşamasının şahidi oluruq. Səbəb təhlükəli virusla bağlı tətbiq olunan sərt karantin rejimidir”.

 

Versus.Az xəbər verir ki, bunu karantin müddətinin uzadılmasına münasibət bildirən deputat Razi Nurullayev deyib.

 

O, yoluxanların sayının azalmasına rəğmən 5 avqustdan başlayaraq yumşalmaların təbiq edilə biləcəyini bildirib:

 

“Qorxum budur ki, karantin yumşalan kimi yoluxanların sayı artan xətt üzrə getsin. Yenidən sərt karantin tətbiq ediləcəkmi? Tətbiq edilsə, bu, ölkə, vətəndaşlar və sahibkarlar üçün fəlakət olacaq. Bir neçə dəfə söylədiyim məsələyə qayıdıram. Biz virusla bərabər yaşamağı öyrənməliyik. Bunun üçün də hər kəsin bildiyi həqiqətləri sərtləşdirmək lazımdır, amma karantini isə qaldırmaq, rayonlara gediş-gəlişi açmaq zərurətdir. 40 dərəcə istidə yaşamaq çox çətinləşib”.

Razi Nurullayev vurğulayıb ki, hər kəsin bildiyi həqiqətlər sadədir: əllərini tez-tez yumaq, üzərində spirt gəzdirmək, mütləq maska taxmaq, sosial məsafəni gözləmək:

 

“Cərimələr də tətbiq edilir. Bu sadə məsələlərə vətəndaşları əməl etməyə vadar etmək üzərində baş sındırmağa dəyər. Çünki hələ də inanmayanlar var. Mən razıyam ki, yalan məlumat yayanlara, virusun olmadığını deyib vətəndaşların fikrini çaşdıranlara qarşı daha ciddi tədbirlər görülsün, amma sərt karantin qaldırılsın.
30 qəpiklik maskanı həftələrlə gəzdirənlər var. Hələ də virusu ciddiyə almayan vətəndaşların sayı çoxdur. Demək ki, biz oturub gözləsək, gərək bu ili sərt karantinlə başa vuraq, bu isə məhvə bərabərdir.
Virusla yaşamağı öyrənək. Başqa yolumuz yoxdur”.

 

Deputat sonda bir daha sərt karantinin rejiminin tam yumşaldılmasının vacibliyini vurğulayıb...

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO