Beynəlxalq media mütəxəssisi şəhid şəhidimizin övladlarının fotosunu paylaşıb

09:18 22-07-2020 | icon 78 | Cəmiyyət
Beynəlxalq media mütəxəssisi şəhid şəhidimizin övladlarının fotosunu paylaşıb

Britaniyalı beynəlxalq media mütəxəssisi Den Meyson sosial şəbəkə hesabında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdikləri təxribatlarla bağlı fikirlərini paylaşıb.

 

Versus.Az AZƏRTAC xəbər verir ki, o, hadisələrlə bağlı narahatlığını qeyd edərək zorakılıq və insan ölümlərindən dərin kədər və məyusluq hissini ifadə edib:

“Bir çox insanın həyatını çoxdan məhv edən bir qarşıdurmada yaxınlarını itirən ailələrə ürəyim acıyır. Nə üçün? Beynəlxalq siyasətin qaranlıq kölgəsində yenə qan tökülür”.

 

Den Meyson bu hadisələrin fonunda baş verən informasiya müharibəsinə də toxunub:

“Etibarlı faktları tapmaq çətindir və arxa hissə mürəkkəbdir. Ancaq bu bəhanə deyil. Siyasi vəziyyəti, təbii qaynaqları və iqtisadi mənzərəni nəzərə alaraq regional xəritəyə bir neçə dəqiqə nəzər salmağınızı istəyirəm. Bu zaman bir çox sualların cavabı sizə aydın olacaq”.

 

Beynəlxalq mütəxəssis öz paylaşımında müharibədən və münaqişələrdən ən çox uşaqların ziyan çəkdiyini və bütün bunlara səssiz qalmağın düzgün olmadığını da vurğulayıb:

“Hər hansı bir millətdən olan uşağın qəlbində bu qədər böyük acı ilə, kədərlə böyüməsinə razı olmaq, göz yummaq qəbulolunmazdır”.

 

Den Meyson paylaşımını “Dünyanın daha yaxşısına layiq olan hissəsində tezliklə ədalət və sülhün bərqərar olmasını diləyirəm” sözləri ilə yekunlaşdıraraq, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də cəbhənin Tovuz istiqamətində həyata keçirdiyi təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan ordusunun çavuşu Vüqar Sadıqovun övladlarının gözüyaşlı fotosunu paylaşıb.

 

Qeyd edək ki, D.Meyson 30 ildən çox professional jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. Son 10 il ərzində Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir. Mütəxəssis 2017-2020-ci illər ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının rəhbəri olub.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi