Altsheymer xəstəliyinin 10 risk faktoru - FOTO

08:41 23-07-2020 | icon 283 | Sağlamlıq
Altsheymer xəstəliyinin 10 risk faktoru - FOTO

Alimlər hesab edir ki, insanlar 10 risk amilini həyatlarından kənarlaşdırmaqla Altsheymer xəstəliyinin baş verməsinin qarşısını ala bilərlər.

 

Versus.Az xəbər verir ki, aparılan geniş tədqiqatlar nəticəsində elm adamları bir insanın dəyişə biləcəyi 104 amili müəyyənləşdiriblər. Bunlardan 10-u tədqiqatçılar tərəfindən “güclü A səviyyəli dəlillərə” sahib hesab edilib.

 

Qeyd edək ki, Altsheymer xəstəliyinə tutulmaların əsas səbəbi genetikanın, həyat tərzinin və yaşın mürəkkəb birləşməsi ilə əlaqədardır. Bununla birlikdə, hansı ekoloji amillərin riskləri daha da artırdığını anlamaq xəstəliyin qarşısını almağın açarıdır. Beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılan yeni araşdırma bu günə qədər həmin mövzuda ən böyük metaanalizidir.

 

Altsheymer xəstəliyinə səbəb olan və dəyişdirilməsi mümkün 10 yüksək risk faktoru aşağıdakılardır:

 

gənc yaşda təhsilin aşağı səviyyəsi;

yaşlı yaşda aşağı idrak fəallığı;

yaşlı yaşda yüksək bədən kütləsi indeksi;

hiperhomosisteinemiya;

depressiya;

stres;

diabet;

baş nahiyəsinin zədələnməsi;

yuxarı yaşda yüksək təzyiq;

ortostatik hipertenziya.

 

Yüksək bədən kütləsi indeksi, şəkərli diabet və stres kimi risk faktorları keçmişdə aparılan məqsədyönlü tədqiqatlarda qəti şəkildə təsdiqlənib və buna görə də, mütəxəssislər üçün təəccüblü deyil.

 

Alimlər beyini sağlam saxlamaq üçün fiziki və zehni olaraq aktiv olmağı, sağlam, balanslı pəhriz saxlamağı, siqaret çəkməməyi, yalnız tövsiyə edilən həddə içməyi, eyni zamanda çəki, xolesterol və qan təzyiqini nəzarətdə saxlamağı tövsiyə edirlər. /Vesti.ru/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Livan ermənilərinin Dağlıq Qarabağa gətirilməsi cəhdinə RƏSMİ münasibət

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO

“Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

Tovuzun kəndləri yenidən atəşə tutuldu

Mehriban Zeynalova hökmlə razılaşmır

“Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”

“Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitab qadağan edildi - FOTO

Dünyanın ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsi qurulacaq

Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular

Quyu qazan kəndli tarixi nümunələr tapdı