13 yaşlı məktəbli qızla evlənən imam həbsxanaya göndərildi - VİDEO

08:07 24-07-2020 | icon 170 | Maraqlı
13 yaşlı məktəbli qızla evlənən imam həbsxanaya göndərildi - VİDEO

13 yaşlı məktəbli ilə evlənən Rəsul Salehov dörd il müddətinə həbs cəzasına məhkum edilib.

 

“Biznes Online”xəbər verir ki, bu barədə uşağın və anasının vəkili Ruslan Nağıyev məlumat yayıb.

 

Qeyd edək ki, hadisə Tatarıstanda yaşanıb.

 

Məlumata görə, 28 yaşlı Salehov məktəbli ilə evlənmək istədiyini deyəndə onun valideynlərinə 16 yaşı tamam olana qədər qıza toxunmayacağı vədini verib.

 

Kənd sakinlərinin sözlərinə görə, onların bu dini nikahdan xəbəri olmayıb. Lakin qız öz rəfiqələrinə intim məsələlər barədə danışıb, onlar öz növbəsində valideynləri ilə yeni öyrəndikləri məlumatları bölüşüblər. Şoka düşən valideynlər dərhal bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.

 

 

Prokurorluq bu məsələ ilə maraqlanıb. Rəsul Salehov “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə” maddəsi ilə təqsirli bilinərək, 4,5 il müddətinə həbs cəzası alıb. Ali Məhkəməyə müraciətdən sonra azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılıb və dörd ilə endirilib.

Qeyd edək ki, Rəsul Salehov 2017-ci ildə məscid imamı olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi