Oğlunun adı kimi İblisin ləqəblərindən birini rəsmiləşdirdi - FOTO

10:22 24-07-2020 | icon 162 | Maraqlı
Oğlunun adı kimi İblisin ləqəblərindən birini rəsmiləşdirdi - FOTO

Yeni Zelandiyadan olan evli cütlük Böyük Britaniyada yerli qeydiyyat orqanları ilə qarşıdurmadan sonra övladlarına Lüsifer adını vermək hüququnu müdafiə edə biliblər.

 

Bu barədə “The Sun” nəşri xəbər verib.

Məlumata görə, Den və Mendi Şeldon koronavirus pandemiyasına görə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Çesterfilddə yenidən açılan qeydiyyat idarəsinə baş çəkərək, dörd aylıq övladlarını qeydiyyatdan keçirmək istəyiblər. Ancaq uşaqları üçün seçdikləri ada görə cütlüyə nifrətlə baxan məmurun müqaviməti ilə üzləşiblər.

 

“O, oğlumun heç vaxt iş tapa bilməyəcəyini, müəllimlərin ona dərs demək istəməyəcəyini söylədi, həmçinin Yeni Zelandiyada uşağa belə ad qoymağın qanunsuz olduğunu dedi. Məmur başqa ad qoymağımızı, Lüsifer kimi isə öz aramızda çağırmağımızı təklif etdi”, - valideyn Den bildirib.

 

Den məmura ailəsinin dindar olmadığını və yunan dilindən tərcümədə “Lüsifer” adının “nur gətirən” mənasını verdiyini izah etməyə çalışıb, ancaq cütlükdən ofisi tərk etməsi istənilib.

 

Cütlüyün şikayətindən sonra Derbişir qraflığı şurası onlardan üzr istəyib və qeydiyyat şöbəsində oturanların işinin ad seçərkən tövsiyə vermək olduğunu deyib. Onların sözlərinə görə, bəzən valideynlər uşağa qoymaq istədikləri adın mənasından xəbərsiz ola bilərlər.

 

Məmur bir müddətdən sonra uşağı rəsmi olaraq “Lüsifer Şeldon” olaraq qeydiyyatdan keçirməyə məcbur olub.

 

Qeyd edək ki, Yeni Zelandiyada valideynlər uşağı üçün istənilən adı qoya bilər, ancaq uşağın gələcək rifahına təsir edə biləcək, lağ və ya gülüş hədəfinə çevirəcək seçimlər zamanı hökumət işə qarışır. 

 

Lüsifer adı 2013-cü ildə Yeni Zelandiyada qadağan olunmuş adlar siyahısına daxil edilib. Bibliya mifologiyasında bu ad İblisin ləqəblərindən biri sayılır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Livan ermənilərinin Dağlıq Qarabağa gətirilməsi cəhdinə RƏSMİ münasibət

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO

“Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

Tovuzun kəndləri yenidən atəşə tutuldu

Mehriban Zeynalova hökmlə razılaşmır

“Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”

“Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitab qadağan edildi - FOTO

Dünyanın ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsi qurulacaq

Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular

Quyu qazan kəndli tarixi nümunələr tapdı