Azərbaycan səfirliyinin önündə ermənilərin uğursuz aksiyası - RƏSMİ

14:52 24-07-2020 | icon 369 | Cəmiyyət
Azərbaycan səfirliyinin önündə ermənilərin uğursuz aksiyası - RƏSMİ

Azərbaycanın Belçikadakı səfirliyinin önündə təxribatçı və vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar.

 

Versus.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

 

Qeyd olunub ki, ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan soydaşlarımız qısa zamanda Azərbaycan səfirliyinə yığışıb.

 

Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Xocalıya ədalət!” şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar.

 

Aksiya ərzində Azərbaycanın dövlət himni, vətənpərvərlik marşları və mahnıları, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “İşğalçı Ermənistana ar olsun!” kimi ədalətli şüarlar səsləndirilib.

 

BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, ölkəmizin əzəli torpaqları olan Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyət göstərən qondarma və cinayətkar rejimi heç bir təşkilatın və ölkənin tanımadığı, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi və ərazi bütövlüyünü bərpa edəcəyi erməni piketçilərinin diqqətinə çatdırılıb.

 

Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?