“İçimizdəki ermənilər xaricdəki qohumlarını üstümüzə qısqırdırlar...”

16:49 24-07-2020 | icon 177 | Siyasət
“İçimizdəki ermənilər xaricdəki qohumlarını üstümüzə qısqırdırlar...”

Hafiz Hacıyev: "Ermənilərlə qohum olan məmur təbəqəsini təcili hakimiyyətdən uzaqlaşdırmalıyıq"

 

“Azərbaycan xalqı çox ağıllı və tarixən qələbələrə nail olmuş xalqdır. Xalq da gördü ki, ölkə başçısıyla xalqın birliyi yaranıb və xarici dövlətlərdə də artıq soydaşlarımız ruhlanaraq mübarizəyə qatıldılar”.

 
 
Versus.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
H.Hacıyev xaricdə yaşayan soydaşlarımızı təmkinli olmağa səsləyib:
 
 
“Artıq Azərbaycan xalqının yatan əhval-ruhiyyəsi yenidən oyanıb. Bu bizə bir neçə gün öncə Bakıda keçirilən yürüşdə bəlli oldu. Bu elə bir ruhdur ki, bu coşqunun qarşısında heç kim dayana bilməyəcək. Bunun da əsas səbəbi odur ki, ölkə başçısının son vaxtlar apardığı kadr islahatları, hakimiyyətdə olan rüşvətxorların qovulması, bəzi məmurların nöqsanlarının üzünə deyilməsi millətdə bir ruh yüksəkliyi yaradıb. Azərbaycan xalqı çox ağıllı və tarixən qələbələrə nail olmuş xalqdır. Xalq da gördü ki, ölkə başçısıyla xalqın birliyi yaranıb və xarici dövlətlərdə də artıq soydaşlarımız ruhlanaraq mübarizəyə qatıldılar".
 
 
MMP sədri təəssüflə qeyd edib ki, Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətinə elə zədə vurub ki, bu zədə uzun müddət sağalmayacaq və sağalması üçün vaxt lazımdır:
 
 
"Bizim soydaşlarımızın ermənilərlə açıq mübarizəyə girməsi təqdirəlayiq haldır və ermənilərin qanı içiləsidir. Amma mən təklif edərdim ki, təmkinli olaq. Ermənilər bizim düşmənlərimizdir, torpaqlarımızı işğal ediblər, istərdim ki, o mübarizəni biz Qarabağ torpağında edək. Bu istiqamətdə işlər görülməlidir və o əhval-ruhiyyəni heç kimə qurban verə bilmərik. Düşünürəm ki, Azərbaycanın xarici siyasəti bu günə qədər ölü bir vəziyyətdə olub. Ona görə bir daha təkrar edirəm ki, soydaşlarımız təmkinli olsunlar, təxribata uymasınlar. Biz ermənilərdən  qisasımızı Qarabağda almalıyıq. Ermənilərin vəhşiliyinin qarşısını almaqdan ötrü xalqımız bir olmalıdır, çünki onlar çox hiyləgər millətdir. Düşünürəm ki, Moskvada baş verən hadisələr qürurverici haldır, gənclərimizə eşq olsun deyirəm. O cümlədən digər dövlətlərdə də qisas alma əməliyyatı keçirilib, bu da lazımdır, amma bütün hallarda təmkinli olmalıyıq. Qoy ermənilər bizi böyük siyasi münaqişələrə çəkib azərbaycanlıların vəhşi görüntüsünü yaratmasınlar".
 

"Nə qədər ki, içimizdəki ermənilər var..."

 
H.Hacıyev içimizdəki ermənilərlə də mübarizə aparmağın vaxtı çatdığını deyib:
 
 
"Biz indiki vəziyyətdə cənab prezidenti tək qoya bilmərik. Onun komandası onu həmişə aldadıb və bu gün də aldada-aldada gedir. Müşavirədə ölkə başçısı Zeynal Nağdəliyevdən soruşur ki, “Neftçalada vəziyyət necədir?” Deyir ki, “soruşub sizə deyərəm”. Hansı ki, istənilən saatda məlumat vermək onun borcudur. Bu səbəbdən həm daxildə, həm də xaricdə çox böyük nöqsanlara yol vermişik. Bunları düzəltmək isə asan məsələ deyil. Amma hamımız Ali Baş Komandanın əmrinə tabe olmalı, onun yanında olmalıyıq. İçimizdə satqınlar, ermənilərlə qohumluq əlaqələri olanlar çoxdur. Vaxtilə biz o ermənilərin dəfnində də iştirak etmişik, onların çoxu bu gün vəzifə başındadırlar. Nə qədər ki, içimizdəki ermənilər var, onlar xaricdə yaşayan qohumlarına pas ötürüb, qürurlandırıb, üstümüzə qısqırdacaqlar. Biz bunları da düşünməliyik və ermənilərlə qohum olan məmur təbəqəsini təcili olaraq hakimiyyətdən uzaqlaşdırmalıyıq. Lazım gəlsə, onların adlarını da çəkə bilərik.
 
İstərdik ki, bu gün ölkə başçısının uğurlu və təkbaşına apardığı mübarizədə xalqımızın qüvvələri onun yanında olsunlar. Birliyimizi sonadək aparmalıyıq. Cənab prezidentin son aylar apardığı uğurlu siyasət nəticəsində erməni milləti təklənib və düşünürəm ki, biz də əməlimizlə ölkə başçısının yanında olub, ona dəstək olmalıyıq. Bəzi qüvvələr bu birliyi pozmağa çalışır, amma biz bunlardan da özümüzü qorumalıyıq”.
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi