“Neftçi” sol cinah müdafiəçisini transfer etdi - VİDEO

11:59 25-07-2020 | icon 908 | İdman
“Neftçi” sol cinah müdafiəçisini transfer etdi - VİDEO

“Neftçi” növbəti transferini rəsmiləşdirib. 

 

Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, braziliyalı futbolçu Tallison Diaz ilə iki il müddətinə müqavilə bağlanıb. 28 yaşlı sol cinah müdafiəçisi “Neftçi”nin heyətində 91 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu "“Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), “Flamenqo” (2015-2016), “Fortaleza” (2015), “Ferroviaria” (2016), “Seara” (2016-2017), “Red Bull Brasil” (2017), “Vitoria” (2017-2018) və “Novorizontino” (2018), həmçinin Belçikanın “Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

 

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, “Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandamıza qayıdıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI