Dünyanın iki ən böyük yəhudi təşkilatı azərbaycanlılara qarşı erməni hücumlarını pislədi - FOTO

12:36 25-07-2020 | icon 320 | Cəmiyyət
Dünyanın iki ən böyük yəhudi təşkilatı azərbaycanlılara qarşı erməni hücumlarını pislədi - FOTO

ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyi iyulun 21-də Azərbaycanın Baş Konsulluğu qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirilən vəhşilikləri pisləyib.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu xəbər yayıb.

 

Yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərinin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda, Los-Anceles Polis İdarəsinə nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı çağırış edilib.

 

Qeyd edək ki, vətəndaşlarımıza qarşı erməni daşnakları tərəfindən zorakılığın törədilməsindən sonra Los-Ancelesdəki Baş Konsulluğumuz uzun müddətdən bəri dostluq münasibətləri saxladığı ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını bu cinayət barədə dərhal məlumatlandıraraq, fərqli millətlərin yaşadığı Los-Anceles kimi şəhərdə etnik nifrət zəminində bu cür vəhşiliyin törədilməsinin qətiyyətlə pislənilməsinin vacibliyini bildirmişdi.

 

Nəticədə, sözügedən yəhudi təşkilatları bu bəyanatlarla çıxış edərək, Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

 

Baş Konsulluq daşnakların bu vəhşiliyinə ABŞ ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində tədbirlərini davam etdirir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi